Qəzza zolağına göndərilən yardım maşınlarının sayı 374-ə çatıb

"Rəfah" keçid məntəqəsindən indiyədək Qəzza zolağına göndərilən yardım maşınlarının sayı 374-ə çatıb.

2059910
Qəzza zolağına göndərilən yardım maşınlarının sayı 374-ə çatıb

Fələstin Qızıl Aypara Cəmiyyəti daha 102 yardım maşınının "Rəfah" keçid məntəqəsindən keçərək mühasirə altında olan Qəzza zolağına daxil olduğunu açıqlayıb.

"Rəfah" keçid məntəqəsindən indiyədək Qəzza zolağına göndərilən yardım maşınlarının sayı 374-ə çatıb.

Fələstin Qızıl Aypara Cəmiyyətindən verilən yazılı açıqlamada işçi qruplarının Misir Qızıl Aypara Cəmiyyətinin göndərdiyi 102 yük maşını humanitar yardımı "Rəfah" keçid məntəqəsindən qəbul etdiyi bildirilib.

Açıqlamada 46 yük maşınında ərzaq, 11 yük maşınında su, 4 yük maşınında dərman, 11 yük maşınında tibbi ləvazimat, 4 yük maşınında ədyal, 2 yük maşınında paltar, 24 yük maşınında müxtəlif yardım materiallarının olduğu qeyd edilib.

Açıqlamada indiyədək bölgəyə 374 yardım maşınının gəldiyi bildirilib və yanacağın girişinə icazə verilmədiyi vurğulanıb.

İsrailin Qəzza zolağına hücumundan təxminən iki həftə sonra, əksəriyyəti tibbi ləvazimat və ərzaq daşıyan 20 yük maşınından ibarət ilk yardım karvanı ilk dəfə oktyabrın 21-də "Rəfah" keçid məntəqəsindən bölgəyə daxil olub.

Xatırladaq ki, “Həmas”ın hərbi qanadı Qəssam Briqadaları oktyabrın 7-si gecəsi İsrailə qarşı “Əqsa tufanı” adlı hərtərəfli hücuma keçib. Qəzzadan İsrailə doğru minlərlə raket atılıb, silahlı qruplar bölgədəki yaşayış məntəqələrinə daxil olub. İsrail ordusu da döyüş təyyarələri ilə Qəzza zolağına qarşı “Dəmir qılınclar” əməliyyatına başlayıb.
Artan gərginlikdə hər iki tərəfdən minlərlə itki, minlərlə yaralı var.



Әlaqәli Xәbәrlәr