Kanada və İsveçrə liderləri Fələstindəki prosesləri müzakirə ediblər

Kanadanın baş naziri Castin Trüdo və İsveçrə Konfederasiyasının prezidenti Alain Berset İsrailin Qəzzaya hücumlarından sonra Fələstində baş verən son hadisələri müzakirə ediblər.

2060034

Bu barədə Kanada Nazirlər Kabinetindən verilən açıqlamada bildirilib. Kanadanın paytaxtı Ottavada görüşən Castin Trüdo və  Alain Bersetin  Qəzzada şiddətin artması və humanitar vəziyyətlə bağlı narahatlıqlarını dilə gətirdikləri bildirilib.
Açıqlamada liderlərin  bölgədəki mülki şəxslər üçün təcili və maneəsiz humanitar yardımın çatdırılması mövzusunda razılıq əldə etdikləri vurğulanıb.
Açıqlamada tərəflərin ''Həmas''a əlindəki girovları dərhal azad etməsi ilə əlaqədar çağırış etdiyi və Ukraynaya dəstəyin davam etdirilməsini müzakirə etdiyi qeyd edilib.
Açıqlamada həmçinin liderlərin ''Həmas''ın hücumlarını pislədikləri və İsrailin özünü müdafiə etmək hüququna malik olduğunu vurğuladığı bildirilib.

Әlaqәli Xәbәrlәr