İsrail əsgərlərinin sərt müdaxiləsi nəticəsində daha 8 fələstinli həyatını itirib

İsrail əsgərlərinin işğal altındakı İordan çayının qərb sahilində törətdiyi hücumlar nəticəsində  5-i Cenin qaçqınlar düşərgəsində olmaqla 8 fələstinlini həyatını itirib.

2060072
İsrail əsgərlərinin sərt müdaxiləsi nəticəsində daha 8 fələstinli həyatını itirib

İsrail əsgərlərinin işğal altındakı İordan çayının qərb sahilində törətdiyi hücumlar nəticəsində  5-i Cenin qaçqınlar düşərgəsində olmaqla 8 fələstinlini həyatını itirib.
Fələstinin rəsmi WAFA xəbər agentliyinin məlumatına görə, İsrail ordusu İordan çayının qərb sahilinin şimalındakı Cenin qaçqınlar düşərgəsinə pilotsuz uçuş aparatları (PUA) ilə hücum təşkil edib, nəticədə 5 fələstinli həyatını itirib, bəzi fələstinlilər isə yaralanıb.
İsrail ordusu Əl-Xəlilin cənubundakı Əl-Fevvar qaçqın düşərgəsinə də basqın edib.
Basqına müqavimət göstərən bölgə sakinləri ilə İsrail əsgərləri arasında gərginlik yaşanıb. İsrail qüvvələrinin fələstinlilərə həqiqi güllə ilə müdaxilə etdiyi bildirilib.
İsrail qüvvələrinin sərt müdaxiləsi nəticəsində 2 fələstinli həyatını itirib.
İsrail qüvvələrinin Qüdsün şimalındakı Kalendiya qaçqın düşərgəsinə etdiyi basqın zamanı bir fələstinlini öldürülüb, iki fələstinli də ağır yaralanıb.
İsrail əsgərlərinin noyabrın-1-də Nablusun cənub-qərbindəki Tel qəsəbəsində törətdiyi hücumda bir fələstinli həyatını itirib.
Beləliklə, oktyabrın 7-dən bəri işğal altındakı İordan çayının qərb sahilində İsrail qüvvələri və yəhudilərin hücumları nəticəsində həlak olan fələstinlilərin sayı 143-ə yüksəlib.
İsrail ordusu 28 gündür Qəzza zolağına hücumlarını davam etdirir. 
İordan çayının qərb sahilinin şimalındakı Cenin və Nablusda basqına müqavimət göstərən fələstinlilərlə İsrail qüvvələri arasında silahlı qarşıdurmalar olur.



Әlaqәli Xәbәrlәr