BMT rəsmisi Cibaliya qaçqın düşərgəsinə edilən hücumları pisləməkdən çəkinib

Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Hüquqları üzrə Ali Komissarlığının sözçüsü Elizabet Trossel İsrailin Qəzzadakı Cibaliya qaçqın düşərgəsinə hücumlarını pisləməkdən çəkinib.

2060086

Trossel BMT-nin İsveçrədəki ofisində təşkil edilən həftəlik mətbuat konfransından sonra İsrail-Fələstin münaqişəsi ilə bağlı mətbuata açıqlama verib.
Bir jurnalistin ''İsrailin Qəzzadakı Cibaliya qaçqın düşərgəsinə hücumunu qınayırsınızmı?" şəklindəki sualını cavablandıran Trossel deyib: "Buranın dinc əhalinin sıx yaşadığı yaşayış məntəqəsi olduğunu gördük.Bu səbəbdən bu hücum narahatlıq doğurdu''.
Bu cür qeyri-mütənasib hücumlara görə narahat olduqlarını vurğulayan Trossel bunun hərbi cinayət hesab edilə biləcəyini deyib. 
Trossel jurnalistin "Niyə hücumu pisləməkdən çəkinirsiniz? İsrail artıq bunu rəsmən təsdiqlədi'' şəklindəki sualını belə cavablandırıb: "Bu (münasibət) qınamaqdan imtina etmək deyil, əsasən çox konkret olmağa çalışmaq və bundan da narahat olduğumuzu söyləməkdir''.

Әlaqәli Xәbәrlәr