Vladimir Putin Rusiyanın nüvə sınaqlarını qadağan edən müqavilədən çıxmasını təsdiqləyib

Rusiyada “Nüvə sınaqlarının hərtərəfli qadağan edilməsi haqqında Müqavilə”nin (CTBT) ratifikasiyası ləğv edilib.

2059474

Məlumata görə, Rusiya Prezidenti Vladimir Putin bununla bağlı qanun imzalayıb.

Rusiya Prezidentinin sözçüsü Dmitriy Peskov oktyabrın 20-də verdiyi açıqlamada Amerika Birləşmiş Ştatlarının (ABŞ) müqaviləni heç vaxt ratifikasiya etmədiyini və Rusiyanın müqavilənin ratifikasiyasıyasını ləğv etməsi ilə vəziyyətin tarazlaşacağını bildirib.

Qeyd edək ki, Rusiya nüvə silahı sınaqlarını dayandırmaq məqsədi daşıyan CTBT müqaviləsini 1996-cı ildə ABŞ-ın Nyu-York şəhərində imzalayıb.

Әlaqәli Xәbәrlәr