Fransa prezidenti Özbəkistanda səfərdədir

Fransadan Özbəkistana prezident səviyyəsində sonuncu səfər 30 il əvvəl  Fransua Mitterand tərəfindən (1994) həyata keçirilib.

2059554
Fransa prezidenti Özbəkistanda səfərdədir

Fransa prezidenti Emmanuel Makron Özbəkistanda səfərdədir.
Fransadan Özbəkistana prezident səviyyəsində sonuncu səfər 30 il əvvəl  Fransua Mitterand tərəfindən (1994) həyata keçirilib.
Bununla belə, Özbəkistan prezidenti Şavkat Mirziyoyev Fransaya 2 dəfə - 2018 və 2022-ci illərdə səfər edib.
Fransa mətbuatı Makronun Daşkənddə keçirəcəyi görüşlərdə iki ölkə arasında iqtisadiyyat və enerji sahələrindəki əməkdaşlığın artırılması, fransız şirkətlərinin Özbəkistanda mövcudluğunun genişləndirilməsi kimi məsələləri müzakirə edəcəyini bildirilib. Hazırda Özbəkistanda 30-a yaxın fransız şirkəti fəaliyyət göstərir.



Әlaqәli Xәbәrlәr