Amerika Birləşmiş Ştatlarındakı müsəlmanlar Co Baydenə reaksiya verdi

Amerika Birləşmiş Ştatlarının (ABŞ) İsrailə qeyd-şərtsiz dəstək verməsi və Qəzzada törədilən qətliama münasibət bildirməməsi ölkədəki müsəlmanların reaksiyasına səbəb olub.

2059268
Amerika Birləşmiş Ştatlarındakı müsəlmanlar Co Baydenə reaksiya verdi

Amerika Birləşmiş Ştatlarının (ABŞ) İsrailə qeyd-şərtsiz dəstək verməsi və Qəzzada törədilən qətliama münasibət bildirməməsi ölkədəki müsəlmanların reaksiyasına səbəb olub.
Ölkədəki müsəlmanlar və Demokratlar Partiyasının bəzi üzvləri ABŞ prezidenti Co Baydeni Qəzzada atəşkəs üçün addımlar atmağa çağırıb və əks halda yüz minlərlə müsəlman seçicinin 2024-cü ildə keçiriləcək prezident seçkilərində Co Baydeni dəstəkləməyəcəyi barədə xəbərdarlıq ediblər.
Milli Müsəlman Demokratik Şurasının Baydenə verdiyi müddət çərşənbə axşamı ABŞ-ın şərq sahili vaxtı ilə saat 17:00-da başa çatdı.
Müsəlman liderlər “2023 Atəşkəs Ultimatumu” başlıqlı açıq məktubda ABŞ-dakı müsəlman seçicilərin İsrailin Fələstin xalqına etdiyi hücumlara reaksiya verməyən heç bir namizədi dəstəkləməmələri və ya ona səs verməmələri ilə əlaqədar hərəkətə keçəcəklərini bildiriblər.
Şuranın Baydenə ünvanladığı məktubda deyilir:
“Maliyyələşdirmə və silahlanma da daxil olmaqla administrasiyanızın qeyd-şərtsiz dəstəyi mülki əhalinin tələfatına səbəb olan zorakılığın davam etdirilməsində mühüm rol oynayıb və əvvəllər sizə etimad göstərmiş seçicilərin etimadını sarsıdıb''.
Liderlər prezident Baydeni dərhal atəşkəsi təmin etmək üçün İsrailə təziq göstərməsi ilə əlaqədar çağırış ediblər.
ABŞ-dakı 3,5 milyon müsəlmanın 20 faizinin seçici olduğu təxmin edilir. Bu, 700 min səs deməkdir.
Digər tərəfdən İngiltərənin paytaxtı Londondakı Nazirlər Kabinetinin qarşısında toplaşan nümayişçilər İngiltərə baş naziri Rişi Sunakla görüşən ABŞ vitse-prezidenti Kamala Harrisə etiraz edərək Qəzzada dərhal atəşkəsin elan edilməsi ilə əlaqədar çağırış ediblər.
Xatırladaq ki, ''Həmas''ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadaları oktyabrın 7-də səhər saatlarında İsrailin fələstinlilərə və başda Əqsa məscidi olmaqla onların müqəddəs məkanlarına qarşı pozuntulara reaksiya vermək üçün  hərtərəfli hücuma keçib. İsrail ordusu da buna cavab olaraq Qəzza zolağına ağır zərbələr endirməyə başlayıb.
İsrailin Qəzzaya hücumları nəticəsində 9 minə yaxın insan həlak olub, 22 mindən çox insan isə yaralanıb.



Әlaqәli Xәbәrlәr