İsrail Cəbəliya qaçqın düşərgəsinə edilən hücuma görə məsuliyyəti öz üzərinə götürdü

İsrail ordusu mühasirə altındakı Qəzza zolağında yerləşən və çox sayda mülki vətəndaşın  yaşadığı Cəbəliya qaçqın düşərgəsindəki yaşayış məntəqəsinə edilən hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

2058676

Bu barədə İsrail ordusunun sözçüsü Daniel Haqari keçirdiyi mətbuat konfransında bildirib. O, Qəzza zolağındakı Cəbəliya qaçqın düşərgəsində iki binanın dağıdıldığı və çox sayda mülki vətəndaşın öldüyü hücuma görə məsuliyyəti öz üzərlərinə götürüb.
Daniel Haqarı İsrail ordusunun qurudan Qəzzaya daxil olduqdan sonra  müharibəyə rəhbərlik edən ''Həmas''ın yüksək rütbəli rəsmisi İbrahim Biarini hədəf aldıqlarını irəli sürüb.
İsrail ordusunun sözçüsü bu hücumda çox sayda terrorçunu öldürdüklərini iddia edərək bölgədə geniş hərbi infrastruktur olduğunu və bunun digər binaların da dağılmasına səbəb olduğunu bildirib.
Qəzzadakı Səhiyyə Nazirliyi İsrail qüvvələrinin dünən Cəbəliya qaçqın düşərgəsinə təşkil etdiyi hücumda ilkin məlumatlara görə 100 nəfərin öldüyünü açıqlayıb.

Әlaqәli Xәbәrlәr