BMT: ''Ukraynada müharibə başlayandan bəri 9900 dinc sakin ölüb''

Ukraynada müharibə başlayandan bəri 9900 dinc sakin həlak olub, 10 milyon insan isə yurd-yuvalarından didərgin düşüb.

2058819
BMT: ''Ukraynada müharibə başlayandan bəri 9900 dinc sakin ölüb''

Ukraynada müharibə başlayandan bəri 9900 dinc sakin həlak olub, 10 milyon insan isə yurd-yuvalarından didərgin düşüb.
Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasında Ukraynadakı vəziyyət müzakirə edilib.
İclasda  üzv ölkələri məlumatlandıran BMT-nin Humanitar Yardım Koordinasiya Ofisinin (OCHA) Cenevrə nümayəndəsi və əlaqələndirmə bölməsinin direktoru Rameş Rajasinqham Ukraynada humanitar yardıma ehtiyac olduğuna diqqət çəkib.
Rameş Rajasinqham qeyd edib ki, Ukraynada təxminən 18 milyon insanın yardıma ehtiyacı var.
10 milyon insanın ölkə daxilində və xaricində didərgin olduğunu bildirən Rameş Rajasinqham müharibə nəticəsində  9900 dinc sakinin öldürüldüyünü bildirib.
Həqiqi rəqəmlərin daha yüksək ola biləcəyi ilə bağlı xəbərdarlıq edən Rameş Rajasinqham deyib: "Müharibə davam etdikcə ətraf mühit humanitar yardım təşkilatları üçün çox daha təhlükəli hala gəldi. Müharibə başlayandan bəri 14 humanitar yardım işçisi öldürülüb''.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, müharibə başlayandan bəri səhiyyə müəssisələrinə 1300 hücum edildiyini bildirən Rameş Rajasinqham 111 tibb işçisi və xəstənin öldürüldüyünü qeyd edib.



Әlaqәli Xәbәrlәr