BMT: "Qəzzada xəstəxanalar qorunmalıdır"

BMT-nin Baş katibi Antonio Quterreş Qəzzada xəstəxanaların bombalanmasını qınadığını və bu yerlərin qorunmasının vacibliyini dilə gətirib.

2058107
BMT: "Qəzzada xəstəxanalar qorunmalıdır"

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş Qəzzada xəstəxanaların bombalanmasını qınadığını və bu yerlərin qorunmasının vacibliyini dilə gətirib.

BMT-nin sözçüsü Stefan Dujarrik gündəlik mətbuat konfransında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Gebreyesusun münaqişə zonasında xəstələrə zərər vermədən xəstəxanaların boşaldılmasının mümkün olmadığını açıqladığını və Baş katibin də buna dəstəyini ifadə etdiyini bildirib.

"Baş katib xəstəxanaları vurmağın əleyhinədir. Xəstəxanaları qorumaq lazımdır" deyən Dujarric xəstəxanaların münaqişə üçün istifadə edilə bilməyəcəyini və xəstəxanalardakı insanların qorunmasının vacib olduğunu söyləyib.

Dujarrik BMT-nin humanitar atəşkəs çağırışını və bu istiqamətdə səylərini davam etdirəcəyini vurğulayıb.

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının sözçüsü Elizabet Throssell deyib: “Qorunan xəstəxanaların hədəfə alınması beynəlxalq humanitar hüququn pozulmasıdır”.

Kollektiv cəza tətbiqinin beynəlxalq hüququ da pozduğunu bildirən Throssell Qəzzada insanların bu səbəbdən əsas qida və xidmətlərə çıxışını itirdiklərini xatırladıb.



Әlaqәli Xәbәrlәr