Nikolas Maduro Rəcəb Tayyib Ərdoğanı təbrik edib

Nikolas Maduro prezident Rəcəb Tayyib Ərdoğanı 29 Oktyabr Cümhuriyyət Günü və Türkiye Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü münasibətilə təbrik edib.

2057550
Nikolas Maduro Rəcəb Tayyib Ərdoğanı təbrik edib

Venesuela prezidenti Nikolas Maduro prezident Rəcəb Tayyib Ərdoğanı 29 Oktyabr Cümhuriyyət Günü və Türkiye Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü münasibətilə təbrik edib.

Maduro "X" sosial media hesabında Sultan Əhməd məscidinin və Türkiye bayrağının fotosu ilə təbrik mesajı paylaşıb.

Venesuela prezidenti paylaşımında "Venesueladan türk xalqına və prezident Rəcəb Tayyib Ərdoğana ən dərin təbriklərimizi çatdırırıq. Təqdirəlayiq tarixi irsə malik bir ölkə olan Türkiye Cümhuriyyətinin yaranmasının 100-cü ildönümünü təbrik edirik" deyib.



Әlaqәli Xәbәrlәr