Ravina Şamdasani:''Qəzzada heç bir yer təhlükəsiz deyil”

Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Hüquqları üzrə Ali Komissarlığının sözçüsü Ravina Şamdasani İsrailin intensiv hücumlarına məruz qalan Qəzzada heç bir yerin təhlükəsiz olmadığını bildirib.

2056921
Ravina Şamdasani:''Qəzzada heç bir yer təhlükəsiz deyil”

Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Hüquqları üzrə Ali Komissarlığının sözçüsü Ravina Şamdasani İsrailin intensiv hücumlarına məruz qalan Qəzzada heç bir yerin təhlükəsiz olmadığını bildirib.
Şamdasani BMT-nin Cenevrədəki ofisində keçirilən həftəlik mətbuat konfransında İsrail-Fələstin münaqişəsini qiymətləndirib.
''Qəzzada heç bir yer təhlükəsiz deyil” deyən Şamdasani İsrailin yaşayış məntəqələrinin yerləşdiyi əraziyə təşkil etdiyi hücumlarının mülki infrastruktura böyük ziyan vurduğunu və mülki insanların həlak olmasına səbəb olduğunu deyib. O, bu beynəlxalq humanitar hüquqa zidd olduğunu deyib. Şamdasani, yanacaq çatışmazlığının xəstəxana və çörəkxanaların bağlanmasına səbəb olduğunu bildirib.
Ravina Şamdasani qeyd edib ki, Qəzzada qapalı qalan 2,2 milyon insan "humanitar fəlakət"lə üzləşib.
"İsrail Qəzzanın bütün əhalisinə tətbiq etdiyi kütləvi cəzaya dərhal son qoymalıdır. Kütləvi cəza müharibə cinayətidir",-deyə BMT rəsmisi qeyd edib.
Mətbuat konfransına onlayn qaydada qatılan Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Fələstin üzrə nümayəndəsi Riçard Peeperkorn qeyd edib ki, İsrailin hücumları nəticəsində 1,4 milyon fələstinli məcburi köçkün vəziyyətinə düşüb.

Peeperkorn Qəzzadakı xəstəxanalarda yanacaq və tibbi ləvazimat çatışmazlığının risk altında olan xəstələr üçün böyük problem yaratdığına diqqət çəkib.

Peeperkorn Qəzzadakı 35 xəstəxanadan 23-nün qismən işlək vəziyyətdə olduğunu ifadə edərək, 12 böyük xəstəxananın kritik funksiyalarını davam etdirmək üçün gündəlik 94 min litr yanacağa ehtiyac olduğunu vurğuladı.

Birləşmiş Millətlər Təşkilatının (BMT) Fələstin Humanitar Məsələləri üzrə koordinatoru Lin Hastinqs humanitar yardım materialları daşıyan cəmi 74 yük maşınının oktyabrın 21-dən bəri Rəfah sərhəd-keçid məntəqəsindən keçərək Qəzza zolağına daxil olduğunu və bu gün daha 8 yük maşınının bölgəyə daxil olmasının gözlənildiyini bildirib.



Әlaqәli Xәbәrlәr