Ermənistan Rusiyaya nota verib

Nota Rusiyanın 1-ci kanalında (Pervıy) yayımlanan və Ermənistanın yüksək vəzifəli bürokratlarına qarşı “alçaldıcı və qəbuledilməz diskussiyalar”ın yer aldığı proqrama görə verilib.

2056536
Ermənistan Rusiyaya nota verib

Ermənistan Xarici İşlər Nazirliyinin məlumatına görə, nota Rusiyanın 1-ci kanalında (Pervıy) yayımlanan və Ermənistanın yüksək vəzifəli bürokratlarına qarşı “alçaldıcı və qəbuledilməz diskussiyalar”ın yer aldığı proqrama görə verilib.

Qeyd edək ki, oktyabrın 23-də Rusiyanın 1-ci kanalında “Nikol Paşinyan: fəlakətin xəbərçisi” adlı siyasi məzmunlu proqram yayımlanıb.
Proqramda Qarabağdakı vəziyyət kontekstində Ermənistanın baş naziri Nikol Paşinyanın və onun həyat yoldaşı Anna Akopyanın ünvanına tənqidlər edilib.

Daha əvvəl "TRT Russian"ınbildirdiyi kimi, rəsmi Bakı sentyabrın 19-da konstitusiya quruluşunu bərpa etmək üçün Qarabağda yerli antiterror əməliyyatına başladı. Sentyabrın 20-də Azərbaycan əməliyyatın dayandırıldığını elan etdi. Atəşkəs sazişində Qarabağdakı separatçı silahlı birləşmələrin silahlarını yerə qoyaraq dağılması, erməni əsgərlərinin bölgəni tərk etməsi nəzərdə tutulurdu.



Әlaqәli Xәbәrlәr