D-8-ə üzv dövlətlər Qazza zolağındakı zorakılığın dayandırılması ilə bağlı çağırış etdi

İnkişaf etməkdə olan 8 ölkənin (Türkiye, İndoneziya, İran, Misir, Pakistan, Malayziya, Nigeriya və Banqladeş) üzv olduğu D-8 İqtisadi Əməkdaşlıq Təşkilatı Qəzza zolağında insanlığa qarşı cinayətlərin və zorakılıq aktlarının dayandırılmasını tələb edib.

2056849

Banqladeşin paytaxtı Dəkkədə keçirilən D-8-in 47-ci iclasından sonra verilən birgə bəyannamədə Qəzza zolağında yaşanan insan haqları pozuntularından duyulan narahatlıq və İsrail ordusunun Fələstin vətəndaşlarına əziyyət çəkdirdiyi bildirilib.
Bəyannamədə Qəzzaya humanitar yardım dəhlizinin açılması və bölgədə insanlığa qarşı cinayətlərin və zorakılıq aktlarının dayandırılması tələb olunub.
“Təşkilata üzv dövlətlər BMT-nin Yaxın Şərq Agentliyi (UNRWA) kimi məsələ ilə maraqlanan beynəlxalq agentliklərlə əməkdaşlıq edərək humanitar yardım göstərməyə dəvət edirik”,-deyə bəyannamədə qeyd olunub.

Әlaqәli Xәbәrlәr