İsrailin Qәzzaya etdiyi hücumlarda hәlak olanların sayı yeddi mini keçib

Oktyabrın 7-dən etibarən İsrailin Qəzza zolağına təşkil etdiyi hücumlarda həlak olan fələstinlilərin sayı 7 min 28-ə yüksəlib.

2056393
İsrailin Qәzzaya etdiyi hücumlarda hәlak olanların sayı yeddi mini keçib

Oktyabrın 7-dən etibarən İsrailin Qəzza zolağına təşkil etdiyi hücumlarda həlak olan fələstinlilərin sayı 7 min 28-ə yüksəlib.
Qəzza Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf əl-Kudra bildirib ki, İsrail Qəzza zolağında 2 min 913-ü uşaq, 1709-u qadın və 397-i qoca olmaqla 7 min 28 nəfəri öldürüb, 18 min 484 nəfəri yaralayıb.
Əşrəf əl-Kudra İsrailin son 24 saat ərzində Qəzzaya etdiyi hücumlarda  481 nəfərin öldüyünü bildirib.
Qəzzada İsrailin hücumları nəticəsində dağıdılan binaların dağıntıları altında insanların olduğunu  bildirən Kudra 940-ı uşaq olmaqla 1650 nəfərin itkin düşdüyünü bildirib.
Fələstin rəsmisi İsrail qüvvələrinin səhiyyə xidmətlərini hədəf aldığını bildirib və 101 tibb işçisinin həlak olduğunu, 25 təcili yardım maşınının isə yararsız hala düşdüyünü qeyd edib.
İsrailin 57 səhiyyə müəssisəsini hədəf aldığını ifadə edən Kudra, İsrail ordusunun hücumları və ya yanacaq çatışmazlığı nəticəsində 12 xəstəxana və 32 sağlamlıq mərkəzinin xidmət verə bilmədiyini bildirib.

Kudra deyib: "İsrail yanacaq və təcili tibbi ehtiyacların bölgəyə daxil olmasına mane olaraq Qəzzada səhiyyə sistemini qəsdən çökdürdü" 
Sağlamlıq fəlakəti ilə bağlı xəbərdarlıq edən Kudra on minlərlə köçkün insanın epidemiya və yoluxucu xəstəliklərin yayılmasına səbəb olan qeyri-sağlam şəraitdə yaşadığı xəstəxanaların sığınacaq mərkəzlərinə çevrildiyini qeyd edib.

Fələstin Səhiyyə Nazirliyinin sözçüsü çökmüş səhiyyə sistemini bərpa etməklə minlərlə xəstə və yaralının müalicəsini təmin etmək üçün təcili tədbirlərin görülməsinə çağırıb.

Xatırladaq ki, ''Həmas''ın hərbi qanadı Qəssam Briqadaları oktyabrın 7-də İsrailə qarşı “Əqsa tufanı” adlı hərtərəfli hücuma keçdiyini açıqlayıb. Qəzzadan İsrailə doğru minlərlə raket atılıb. Silahlı qruplar bölgədəki yaşayış məntəqələrinə daxil olub.

İsrail ordusu da döyüş təyyarələri ilə Qəzza zolağına qarşı ''Dəmir qılınclar'' əməliyyatına başladığını açıqlayıb.

İşğal altındakı İordan çayının qərb sahilində İsrail qüvvələrinin və yəhudilərin hücumları nəticəsində 90-dan çox fələstinlinin həlak olduğu bildirilib.

Qarşıdurmalar nəticəsində bu günədək 308-i əsgər olmaqla 1400 israilli ölüb, 5132 israilli yaralanıb.

Qarşıdurmalar zamanı  20-si fələstinli, 3-ü israilli və biri livanlı olmaqla 24 jurnalist də həyatını itirib.

Oktyabrın 8-dən İsrail-Livan sərhədində İsrail ordusu ilə Hizbullah arasında baş verən qarşıdurmalarda 30 Hizbullah üzvü, 6 İslami Cihad Hərəkatının üzvü, 3 ''Həmas'' üzvü, Hizbullahın dəstəklədiyi Sünni Müqavimət Briqadasının 2 üzvü, həmçinin biri jurnalist olmaqla  4 mülki vətəndaş həyatını itirib.

Livanın həyata keçirdiyi hücumlarda 3 İsrail əsgəri və bir İsrail vətəndaşı həyatını itirib.



Әlaqәli Xәbәrlәr