Almaniyada qeyri-qanuni immiqrasiya ilə mübarizə qanun layihəsi qəbul edildi

Ölkənin daxili işlər naziri Nensi Faeser Nazirlər Şurasının iclasından sonra verdiyi açıqlamada kabinet tərəfindən mühüm bir qanunun qəbul edildiyini bildirərək deyib ...

2055897
Almaniyada qeyri-qanuni immiqrasiya ilə mübarizə qanun layihəsi qəbul edildi

 

  Almaniyada qeyri-qanuni immiqrasiya ilə mübarizə və deportasiya prosedurlarını sürətləndirmək üçün hazırlanan qanun layihəsi Nazirlər Şurası tərəfindən qəbul edilib. Ölkənin daxili işlər naziri Nensi Faeser Nazirlər Şurasının iclasından sonra verdiyi açıqlamada kabinet tərəfindən mühüm bir qanunun qəbul edildiyini bildirərək deyib: “Biz Almaniyada qalmaq hüququ olmayan insanların ölkəmizi daha tez tərk etmələrini təmin edəcəyik. Bunun üçün tədbirlər görüləcək. Bu, müharibədən və terrordan qorumalı olduğumuz insanlara qarşı humanitar məsuliyyətimizi yerinə yetirməyə davam edə bilməmiz üçün lazımdır. Bununla belə, sığınacaq almaq üçün fundamental hüququmuzu qorumaq üçün qeyri-qanuni miqrasiyanı çox məhdudlaşdırmalıyıq. Hüququ olmayanlar Almaniyada qalmamalı, ölkəmizi tərk etməlidir.

  Cinayət təşkilatları üzvlərinin deportasiyası çox asanlaşacaq. Bu qaydalara dövlətlərin də tələbləri daxildir.

  Qanun layihəsinə görə, sığınacaq müraciətləri rədd edilən və deportasiya qərarı verilən qeyri-qanuni mühacirlərin həbs müddəti Avropa İttifaqı (Aİ) qanunvericiliyinə uyğun olaraq 10 gündən 28 günə qaldırılacaq.

  İnsan alverinə görə ən azı 1 il həbs cəzası alanların və cinayət təşkilatına üzv olmaqda təqsirli bilinənlərin ölkədən çıxarılması daha asan olacaq.

  Polis qeyri-qanuni mühacirlərin məskunlaşdığı yerlərə daxil ola, onları müəyyən etmək üçün məlumat daşıyıcılarını və sənədləri yoxlaya biləcək.

  Deportasiya qərarı verildikdən sonra saxlanılan şəxslərə nə zaman deportasiya ediləcəyi barədə məlumat verilməyəcək.

  Tolerantlıq sənədi (Duldung) ilə ölkədə ən azı bir il olan şəxslərin deportasiyadan bir ay əvvəl xəbərdar edilməsini tələb edən tənzimləmə ləğv ediləcək.

  12 yaşından kiçik uşaqları olan ailələr istisna olunacaq.

  Qanun layihəsi də Bundestaqdan keçdikdən sonra qüvvəyə minəcək”.



Әlaqәli Xәbәrlәr