İsrailin Qәzzaya etdiyi hücumlarda hәlak olanların sayı beş mini keçib

Bu barədə Qəzzadakı Səhiyyə Nazirliyi məlumat yayıb.

2055378
İsrailin Qәzzaya etdiyi hücumlarda hәlak olanların sayı beş mini keçib

İsrailin Qəzzaya təşkil etdiyi hücumlarda ölən mülki vətəndaşların sayı  704 nəfər artaraq 5791 nəfərə çatıb.

Bu barədə Qəzzadakı Səhiyyə Nazirliyi məlumat yayıb. Məlumatda İsrailin hücumları nəticəsində həlak olan və yaralananların sayı açıqlanıb.

Məlumatda İsrailin hücumlarında ölənlərin sayının 2 min 360-ı uşaq, 1292-si də qadın olmaqla 5791-ə, yaralıların sayının isə 16 297-yə yüksəldiyi bildirilib.

Qəzzadakı xəstəxanalarda ciddi problemin yaşandığı qeyd olunub.

Qəzzadakı Daxili İşlər Nazirliyindən verilən bəyanatda İsrailin Qəzza şəhərindəki Vefa xəstəxanası yaxınlığındakı ərazini və Nuseyrat qaçqınlar düşərgəsindəki bazarı bombaladığı bildirilib.

Bəyanatda hücumlar nəticəsində onlarla ölən və yaralananın olduğu qeyd olunub.

Xatırladaq ki, ''Həmas''ın hərbi qanadı Qəssam Briqadaları oktyabrın 7-də İsrailə qarşı “Əqsa tufanı” adlı hərtərəfli hücuma keçdiyini açıqlayıb. Qəzzadan İsrailə doğru minlərlə raket atılıb. Silahlı qruplar bölgədəki yaşayış məntəqələrinə daxil olub.

İsrail ordusu da döyüş təyyarələri ilə Qəzza zolağına qarşı ''Dəmir qılınclar'' əməliyyatına başladığını açıqlayıb.

İşğal altındakı İordan çayının qərb sahilində İsrail qüvvələrinin və yəhudilərin hücumları nəticəsində 90-dan çox fələstinlinin həlak olduğu bildirilib.

Qarşıdurmalarda 20-si fələstinli, 3-ü israilli və biri livanlı olmaqla 24 jurnalist həyatını itirib.

Oktyabrın 8-dən İsrail-Livan sərhədində İsrail ordusu ilə Hizbullah arasında baş verən qarşıdurmalarda 30 Hizbullah üzvü, 6 İslami Cihad Hərəkatının üzvü, 3 ''Həmas'' üzvü, Hizbullahın dəstəklədiyi Sünni Müqavimət Briqadasının 2 üzvü, həmçinin biri jurnalist olmaqla  4 mülki vətəndaş həyatını itirib.

Livanın həyata keçirdiyi hücumlarda 3 İsrail əsgəri və bir İsrail vətəndaşı həyatını itirib.



Әlaqәli Xәbәrlәr