Fәlәstinlilәr Emmanuel Makronun Fələstin ərazisinə sәfәri ilә bağlı etiraz aksiyası keçirdi

İşğal altındakı İordan çayının qərb sahilində yaşayan fələstinlilər Fransa prezidenti Emmanuel Makronun Fələstin ərazisinə sәfәri ilә bağlı bağlı etiraz aksiyası keçirdi.

2055388
Fәlәstinlilәr Emmanuel Makronun Fələstin ərazisinə sәfәri ilә bağlı etiraz aksiyası keçirdi

İşğal altındakı İordan çayının qərb sahilində yaşayan fələstinlilər Fransa prezidenti Emmanuel Makronun Fələstin ərazisinə sәfәri ilә bağlı etiraz aksiyası keçirdi.

Onlarla fələstinli Makronun səfərinə etiraz etmək üçün Ramallahdakı Əl-Menara meydanına toplaşıb.

Makronun Fələstin ərazisinə səfərini qınayan nümayişçilər Fransa prezidentinin Qəzza müharibəsi ilə bağlı mövqeyini pisləyən plakatlar qaldırıblar.

Qeyd edək ki, Fransa prezidenti Emmanuel Makron İsraildə həmkarı İsaak Hersoq və baş nazir Benyamin Netanyahu ilə görüşüb və İsraillə həmrəy olduğunu bildirib.

Ramallaha gedəcəyini açıqlayan Makronun bölgə liderləri ilə görüşü gözlənilir.

Xatırladaq ki, ''Həmas''ın hərbi qanadı Qəssam Briqadaları oktyabrın 7-də İsrailə qarşı “Əqsa tufanı” adlı hərtərəfli hücuma keçdiyini açıqlayıb. Qəzzadan İsrailə doğru minlərlə raket atılıb. Silahlı qruplar bölgədəki yaşayış məntəqələrinə daxil olub.

İsrail ordusu da döyüş təyyarələri ilə Qəzza zolağına qarşı ''Dəmir qılınclar'' əməliyyatına başladığını açıqlayıb.

Qəzzadan həyata keçirilən hücumlarda 308-i əsgər olmaqla 1400 israillinin öldüyü, 5132 israillinin yaralandığı bildirilib.

Qəzzadakı Fələstin Səhiyyə Nazirliyi İsrailin Qəzzaya təşkil etdiyi hücumlarda 2 min 360-ı uşaq, 1292-si qadın olmaqla 5 791 adamın öldüyünü, 16 297 nəfərin isə yaralandığını açıqlayıb.

İşğal altındakı İordan çayının qərb sahilində İsrail qüvvələrinin və yəhudilərin hücumları nəticəsində 90-dan çox fələstinli həlak olub.

Qarşıdurmalarda 20-si fələstinli, 3-ü israilli və biri livanlı olmaqla 24 jurnalist həyatını itirib.

Oktyabrın 8-dən İsrail-Livan sərhədində İsrail ordusu ilə Hizbullah arasında baş verən qarşıdurmalarda 30 Hizbullah üzvü, 6 İslami Cihad Hərəkatının üzvü, 3 ''Həmas'' üzvü, Hizbullahın dəstəklədiyi Sünni Müqavimət Briqadasının 2 üzvü, həmçinin biri jurnalist olmaqla  4 mülki vətəndaş həyatını itirib.

Livanın həyata keçirdiyi hücumlarda 3 İsrail əsgəri və bir İsrail vətəndaşı həyatını itirib.



Әlaqәli Xәbәrlәr