“İranın müharibəyə münasibəti sirr deyil, amma ABŞ ikiüzlülük edir”

Paytaxt Tehranda təşkil edilən mətbuat konfransında H.Ə.Abdullahiyan deyib ...

2054987
“İranın müharibəyə münasibəti sirr deyil, amma ABŞ ikiüzlülük edir”

 

  İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Amerika Birləşmiş Ştatlarının onlara dəfələrlə mesaj göndərdiyini bildirib.

  Paytaxt Tehranda təşkil edilən mətbuat konfransında H.Ə.Abdullahiyan deyib: “İran İsrail işğalına qarşı Fələstin müqavimətini dini, milli və humanitar dəyərlər çərçivəsində dəstəklədiyini açıq şəkildə bəyan edib və bu, bir sirr deyil.

  İsrail Fələstin torpaqlarını işğal edib. Beynəlxalq hüquqa görə, torpaqları işğal altında olanlar silahlanaraq özlərini müdafiə edə bilərlər. Başda ABŞ-ın nəzarəti altında olan bəzi qərb ölkələri isə bütünlüklə Fələstin torpaqlarını işğal altında saxlamağa, İsrailin işğalına məhəl qoymadan “Həmas” və Fələstin müqavimətini pisləməyə çalışırlar.

  ABŞ və Qərb dövlətləri İsrailə qarşı yeni bir cəbhənin açılmasının qarşısını almaq üçün indiyə qədər “Hizbullah”a onlarla, İrana da ABŞ iki dəfə müraciət göndərib. Birincisində "müharibənin genişləndirilməsini istəmirik" dedilər. İkincisində, İrandan təmkinli olmağı tələb edirlər. ABŞ müharibənin genişləndirilməsi və ya qızışdırılmasını istəmədiyini iddia etsə də, iki həftə əvvəl göndərdiyi silahlarla fələstinli mülki vətəndaşlara, uşaqlara və qadınlara yönəlik Qəzza hücumlarını dəstəyini sübut etdi. Mən ABŞ prezidenti Co Baydenə səslənirəm: ikiüzlülüyə son qoy, seçki kampaniyası zamanı dünya üçün müdafiə edərək dediyiniz insan haqları budurmu?”



Әlaqәli Xәbәrlәr