Bayden ilə Netahyahu arasında telefon danışığı olub

ABŞ prezidenti Cozef Bayden İsrailin Baş naziri Benyamin Netanyahu ilə telefonla danışıb.

2055166
Bayden ilə Netahyahu arasında telefon danışığı olub

ABŞ prezidenti Cozef Bayden İsrailin Baş naziri Benyamin Netanyahu ilə telefonla danışıb.

Ağ Evdən verilən açıqlamaya görə, görüş zamanı Bayden "Həmas"ın əlində olan daha 2 girovun azad edilməsindən məmnunluğunu ifadə edib.

Bayden bir daha bəyan edib ki, bütün girovların, o cümlədən ABŞ vətəndaşlarının və Qəzzadakı mülki şəxslərin bölgəni təhlükəsiz şəkildə tərk etmələrini təmin etmək üçün çalışacaq.

Humanitar yardımların Qəzzaya daxil olmağa davam etməsinin vacibliyini vurğulayan Bayden Netanyahuya ABŞ-ın İsrailə hərbi dəstəyi barədə məlumat verib.

ABŞ-ın müdafiə naziri Lloyd Austin də israilli həmkarı Yoav Qallant ilə telefonla danışıb.

Görüş zamanı Austin Qəzzaya humanitar yardım aparılmasının və oradakı mülki əhalinin qorunmasının vacibliyini vurğulayıb.

İki nazir ABŞ-ın İsrailə davam edən müdafiə dəstəyini də müzakirə ediblər.

Xatırladaq ki, “Həmas”ın hərbi qanadı Qəssam Briqadaları oktyabrın 7-si gecəsi İsrailə qarşı “Əqsa tufanı” adlı hərtərəfli hücuma keçib. Qəzzadan İsrailə doğru minlərlə raket atılıb, silahlı qruplar bölgədəki yaşayış məntəqələrinə daxil olub. İsrail ordusu da döyüş təyyarələri ilə Qəzza zolağına qarşı “Dəmir qılınclar” əməliyyatına başlayıb.
Artan gərginlikdə hər iki tərəfdən minlərlə itki, minlərlə yaralı var.



Әlaqәli Xәbәrlәr