Quru əməliyyatı üçün İsrail ABŞ-ı gözləyir

İsrail ordusunun radiosu bildirib ki ...

2054670
Quru əməliyyatı üçün İsrail ABŞ-ı gözləyir

 

  İsrail ordusunun radiosu bildirib ki, Təl-Əviv ABŞ-dan bölgəyə əlavə qüvvələr gələnə qədər Qəzza zolağına qarşı quru müharibəsini təxirə salmaq qərarına gəlib.

  Xəbərdə deyilib: "ABŞ İranın bölgədəki qüvvələrinə qarşı hücumlarının artacağından narahat olaraq quru manevrinə hazırlıq məqsədilə Yaxın Şərqə əlavə hərbi qüvvələr göndərməyi planlaşdırdı”.

  İsrail rəsmiləri bunun əməliyyatın təxirə salınmasının tək səbəbi olmadığını bildirir, hərbi qüvvələrin əməliyyat hazırlığının artırılması, “Həmas”ın saxladığı əsirlər problemi və digər səbəbləri də gizlətmir.

  ABŞ-ın Yaxın Şərqə daha çox hərbi qüvvə göndərməsi təbii ki, İsrailin xeyrinədir və bu qüvvələrin müharibənin sonrakı mərhələlərində və hücumlarla əlaqədar arta biləcəyi söylənilib.

  İsrailin müdafiə naziri Yoav Qalant 22 oktyabrda verdiyi açıqlamada “Qəzzaya qarşı quru əməliyyatının aylarla davam edə biləcəyini” deyib.

  Oktyabrın 22-də ABŞ dövlət katibi Entoni Blinken də açıqlama verib, NBS telekanalına İsrail və Fələstin arasında münaqişələrin şiddətlənəcəyi təqdirdə ABŞ-ın Yaxın Şərqdəki Amerika qüvvələri və şəxsi heyətini qorumağa hazır olduğunu bildirib və bunları söyləyib: “ABŞ İsrail-Fələstin münaqişəsinin İranın müdaxiləsi ilə kəskinləşəcəyi fikrindədir. Amerika bölgədəki şəxsi heyəti və silahlı qüvvələrinin hər hansı düşmən hərəkətinin hədəfi olacağı təqdirdə cavab verməyə hazırdır”.



Әlaqәli Xәbәrlәr