Argentinada prezident seçkiləri keçirildi

Argentinada prezident seçkilərində səsvermə başa çatıb.

2054362
Argentinada prezident seçkiləri keçirildi

Argentinada prezident seçkilərində səsvermə başa çatıb.

Ölkənin ən ali postuna əsas namizədlər “Dəyişiklik naminə birlikdə” partiyasını təmsil edən keçmiş təhlükəsizlik naziri Patrisiya Bullriç, “Libertarian” Partiyasının sədri millət vəkili, ifrat sağçı Xavyer Miley, həmçinin “Vətən naminə birlik” koalisiyasından namizədliyi irəli sürülmüş iqtisadiyyat naziri Serxio Massa hesab olunur.

Məlumata görə, dövlət başçısı vəzifəsinə namizədlərin komandaları tərəfindən keçirilən “ekzit-pol”lar göstərir ki, heç kim ilk turda qalib gəlmək üçün lazımi sayda səs toplamayıb.

Xavyer Mileyin komandası seçkilərdə lider olduqlarını və "Vətən Naminə Birlik" hakim koalisiyasından namizədliyi irəli sürülmüş iqtisadiyyat naziri Serxio Massa ilə birlikdə ikinci tura çıxdıqlarını iddia edir. Ən böyük müxalif koalisiyanı təmsil edən Patrisiya Bullriçin komandası da “ekzit-pol”ların nəticələrinə istinad edərək seçkilərin ikinci turununun keçiriləcəyini düşünür.

Milli Seçki Palatasının məlumatına görə, ölkədə seçici aktivliyi 74 faiz olub. İlk turda qalib gəlmək üçün namizəd azı 45 və ya 40 faiz səs toplamalıdır. İkinci halda namizəd ən yaxın izləyicisindən azı 10 faiz çox səslə irəlidə olmalıdır.

Qeyd edək ki, Serxio Massa 36,26 faiz səs toplayaraq ilk turu birinci yerdə tamamlayıb. Xavyer Miley isə 30,20 faz səslə ikinci yeri alıb.



Әlaqәli Xәbәrlәr