Qəzza üçün Küveyt hava körpüsü

Küveytin rəsmi agentliyi KUNA-nın məlumatına görə ...

2054199
Qəzza üçün Küveyt hava körpüsü

 

  Küveyt İsrailin oktyabrın 7-dən bombardman etdiyi, blokadada olan Qəzza zolağında yaşayanlara dəstək olmaq üçün hava körpüsü qurur.

  Küveytin rəsmi agentliyi KUNA-nın məlumatına görə, ölkənin xarici işlər naziri Səlim Abdulla əl-Cabir əs-Sabah Qəzza zolağında fələstinlilərin yükünü yüngülləşdirmək üçün hava körpüsünün qurulduğunu və 23 oktyabrdan etibarən yardım əməliyyatlarının başlayacağını açıqlayıb.

  S.Sabah qeyd edib ki, sözügedən dəstəyin məqsədi İsrailin “öldürücü təcavüzü”nün nəticələrini azaltmaqdır. O bildirib: “Küveyt hava körpüsü çərçivəsində oktyabrın 23-dən etibarən təcili tibbi yardım və ləvazimatlarla yanaşı, humanitar dəstək təyyarələri Misirin Ariş şəhərinə, oradan da yardımlarla Qəzza zolağına gedəcək. Yardımlar bu həftə hər gün göndəriləcək”.



Әlaqәli Xәbәrlәr