Qaçqın düşərgəsində həlak olan fələstinlilərin sayı 13-ə çatıb
İsrail ordusunun işğal altındakı İordan çayının qərb sahilindəki Nur Şəms qaçqın düşərgəsinə hücumu nəticəsində həlak olan fələstinlilərin sayı 13-ə çatıb.
İsrail ordusunun işğal altındakı İordan çayının qərb sahilindəki Nur Şəms qaçqın düşərgəsinə hücumu nəticəsində həlak olan fələstinlilərin sayı 13-ə çatıb.
Fələstin Səhiyyə Nazirliyindən verilən yazılı açıqlamada İsrail ordusunun Nur Şəms qaçqın düşərgəsində qətliam törətdiyi bildirilib.
Açıqlamada İsrailin düşərgəyə təşkil etdiyi basqında 5-i uşaq olmaqla 13 fələstinlinin öldürüldüyü qeyd olunub.
Şahidlərin bildirdiyinə görə, İsrail qüvvələri oktyabrın 19-da səhər radələrində hərbi maşın və buldozerlərin müşayiəti ilə basqın və hücuma keçdiyi Tulkərim şəhərindəki Nur Şəms qaçqın düşərgəsindən təqribən 30 saat sonra tamamilə geri çəkilib.
İsrail polisindən verilən açıqlamada isə, Nur Şəms qaçqın düşərgəsində fələstinlilərlə qarşıdurmada 1 polisin öldüyü, 9 polis işçisinin yaralandığı, 10 şübhəlinin saxlanıldığı bildirilib.