İsrail-Livan sərhədinin Livan tərəfində 6 jurnalist xilas edilib

İsrail-Livan sərhədinin Livan tərəfində İsrail ordusunun davam edən hücumuna görə sıxışıb qalan 9 nəfərdən 6 jurnalistin xilas edildiyi açıqlanıb.

2053589

Livanın rəsmi agentliyi NNA tərəfindən yayımlanan xəbərdə Livanın cənubunda İsrail sərhədində qapalı qalan 6 jurnalist və 3 mülki şəxslə bağlı məlumat verilib.

Xəbərdə İsrailin Livanın Nəbatiyyə əyalətinin Mercayun rayonundakı Hula qəsəbəsində 6 jurnalist və 3 mülki vətəndaşın olduğu ərazini davamlı olaraq atəşə tutduğu bildirilib.

İsrailin atəşi nəticəsində bölgədə qapalı qalan 6 jurnalistin Livan ordusu tərəfindən xilas edildiyi bildirilərkən, 3 mülki vətəndaşın vəziyyəti ilə bağlı məlumat verilməyib.

Jurnalistlərin və mülki şəxslərin tələyə düşdüyü ərazinin Livan ərazisi daxilində, İsrailin “Əl Abad” hərbi məntəqəsinə yaxın olduğu qeyd edilib.

Digər tərəfdən, İsrail Müdafiə Nazirliyi Livanla sərhəddə yerləşən Kiryat Şmona şəhərinin sakinlərinin təxliyə olunacağını bildirib.

Әlaqәli Xәbәrlәr