Yaxın Şərqin münaqişə fonunda ABŞ gəmiləri Şərqi Aralıq dənizində

Bu barədə ABŞ Hərbi Dəniz Donanmasının məlumatında deyilir ki ...

2052822
Yaxın Şərqin münaqişə fonunda ABŞ gəmiləri Şərqi Aralıq dənizində

 

  Yaxın Şərqdə münaqişənin kəskinləşməsi fonunda Şərqi Aralıq dənizi regionunda ABŞ Hərbi Dəniz Donanmasının 10 gəmisi və 12 min hərbçisi yerləşdiriləcək. Onların bir hissəsi artıq regiondadır, digər hissəsi də yaxın zamanlarda gələcək. Bu barədə ABŞ Hərbi Dəniz Donanmasının məlumatında deyilir: “Artıq regiona göyərtəsində 4,5 mindən çox hərbçinin olduğu “Gerald Ford” aviadaşıyıcı gəmisi gəlib. Onu ümumilikdə 1,6 min dəniz piyadasının xidmət etdiyi beş gəmi müşayiət edir. Həmçinin Yaxın Şərqə 5 min hərbçi ilə “Dwight Eisenhower” aviadaşıyıcı gəmisi və göyərtəsində minə yaxın hərbçinin olduğu üç müşayiət gəmisi yollanıb”.

  Bir müddət öncə “The Washington Post” qəzeti və “Fox News” telekanalı rəsmi Vaşinqtonun Yaxın Şərqə 4 mindən çox dəstək qüvvəsi göndərdiyini bildirmişdi. “Bataan”, “Carter Hall” və “Mesa Verde” gəmiləri ilə regiona göndərilən dəstək qüvvəsi dəniz donanması hərbçilərindən, dəniz piyadalarından, habelə xüsusi təyinatlı qüvvələrdən ibarətdir. Oktyabrın 16-da ilk iki gəmi Oman körfəzində, üçüncü gəmi isə Aralıq dənizində görünüb. Onların yekunda hara yerləşdiriləcəyi barədə məlumat verilmir.



Әlaqәli Xәbәrlәr