Kim Çen In Sergey Lavrovu qəbul edib

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Şimali Koreya lideri Kim Çen In tərəfindən qəbul edilib.

2053297
Kim Çen In Sergey Lavrovu qəbul edib

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Şimali Koreya lideri Kim Çen In tərəfindən qəbul edilib.
Rusiya Xarici İşlər Nazirliyindən verilən açıqlamaya görə, Sergey Lavrov Rusiya ilə Şimali Koreya arasında diplomatik əlaqələrin qurulmasının 75-ci ildönümünü qeyd etmək üçün paytaxt Pxenyana rəsmi səfər edib.
Sergey Lavrov təmasları zamanı Şimali Koreya lideri Kim Çen In tərəfindən qəbul edilib. Məlumata görə, görüş 1 saatdan çox davam edib.
Lavrov Şimali Koreyanın xarici işlər naziri Ço Son Hui ilə də görüşüb. Görüş zamanı ikitərəfli münasibətlərin inkişafı ilə bağlı cari məsələlər, o cümlədən siyasi təmasların qrafiki ətraflı şəkildə müzakirə olunub.
Rusiya və Şimali Koreya liderlərinin əldə etdikləri razılaşmaların hərtərəfli həyata keçirilməsinə və praktiki sahələrdə qarşılıqlı fəaliyyətin intensivləşdirilməsinə xüsusi diqqət yetirildiyi görüşdə yeni növ koronavirusdan sonra ikitərəfli ticarət həcminin artırılmasının vacibliyi vurğulanıb. Görüşdə Koreya yarımadası və Şimal-Şərqi Asiyadakı vəziyyətlə bağlı danışıqların müzakirə olunub.Tərəflər Asiya-Sakit Okean regionunda vəziyyətin gərginləşməsinə səbəb olan ABŞ-ın hegemon ambisiyalarına müqavimət göstərmək mövzusunda qətiyyətli olduqlarını vurğulayıblar.



Әlaqәli Xәbәrlәr