“İsrail olmasaydı, biz onu icad etməli olardıq”, C.Bayden

C.Bayden paytaxt Təl-Əvivdə baş nazir Binyamin Netanyahunun rəhbərlik etdiyi İsrailin döyüş kabinetinin üzvləri ilə görüşüb

2052820
“İsrail olmasaydı, biz onu icad etməli olardıq”, C.Bayden

 

  ABŞ prezidenti Co Bayden “İsrail və Fələstin üçün iki dövlətli həllə səy göstərməyə davam etməliyik” dedi.

  C.Bayden paytaxt Təl-Əvivdə baş nazir Binyamin Netanyahunun rəhbərlik etdiyi İsrailin döyüş kabinetinin üzvləri ilə görüşüb.

  İsrail Baş Nazirliyindən verilən məlumata görə, ABŞ prezidentinin qatıldığı toplantıda çıxış edən Netanyahu Qəzzaya hücumlarla bağlı deyib: "Həmas” fərqli bir düşmən növü olduğu üçün bu da fərqli bir müharibə olacaq.

  Girovların Qəzza zolağından çıxarılması üçün Amerika ilə birlikdə işləməyə davam edəcəyik.

  Qələbəyə gedən yol uzun və çətin olacaq".

  ABŞ prezidenti Co Bayden də qarşılıq olaraq çıxışında bunları söyləyib: "Mən tək olmadığınızı bilmənizi istəyirəm. Siz öz xalqınızı müdafiə etməyə çalışdıqca İsraili dəstəkləməyə davam edəcəyik.

  Günahsız mülki insanların başına gələcək faciələrin qarşısını almaq üçün də İsrail və onun bölgədəki tərəfdaşları ilə işləyəcəyik.

  İsrail olmasaydı, biz onu icad etməli olardıq. 

  Fələstin və İsrail xalqı birlikdə yaşaya bilməlidir.

  Biz iki dövlətli həll üçün səylərimizi davam etdirməliyik."

  Toplantıda İsrailin müdafiə naziri Yoav Qalant, strateji işlər naziri Ron Dermer, Ultra Pravoslav Yəhudi Şas Partiyasının sədri Arya Deri, İsrail Milli Təhlükəsizlik Şurasının sədri Tzaçi Haneqbi və sabiq müdafiə naziri Benni Qantz iştirak ediblər.



Әlaqәli Xәbәrlәr