Fələstin Xarici İşlər Nazirliyi bəyanat yaydı

Fələstin İsrailin beynəlxalq təzyiqlərə məruz qalmadan müharibəni davam etdirmək üçün Qəzza zolağındakı xəstəxana qətliamına görə məsuliyyətdən yayınmağa çalışdığını bildirib.

2052651

Fələstin Xarici İşlər Nazirliyindən verilən açıqlamada deyilir: ''Beynəlxalq ikili standartlar İsrailə Qəzza zolağına hücumlarını dayandırması və ya humanitar yardımların daxil olması üçün dəhlizlərin açılması ilə bağlı tələbləri rədd etmək haqqını verir''.
Bəyanatda sözügedən ikili standartların beynəlxalq hüququ istənilən toxunulmazlıqdan məhrum etdiyinə və onu İsrail hökumətinin qərarlarından asılı vəziyyətə saldığına diqqət çəkilib.
Bəyanatda bildirilib ki, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının və beynəlxalq ictimaiyyətin vəzifəsi təkcə Fələstin xalqının Qəzza zolağında məruz qaldığı humanitar fəlakətin yaşandığını bildirmək və ya İsrail hökumətini qanunlara əməl etməyə çağırmaq deyil, eyni zamanda İsrailin müharibəni dərhal dayandırması üçün addımlar atmaqdır.
İsrailin dünən gecə radələrində  Qəzzadakı əl-Əhli Baptist xəstəxanasına hücumu nəticəsində 500 fələstinlinin həyatını itirdiyi açıqlanıb.

Әlaqәli Xәbәrlәr