Pentaqon Orta Şərqə göndəriləcək 2000 hərbçinin hazırlandığını təsdiqləyib

Pentaqon İsrail və Fələstin arasında davam edən qarşıdurmaların 11-ci günündə Orta Şərqə mümkün göndərilmə üçün 2000 hərbçinin yüksək hazırlıq vəziyyətinə gətirilməsini əmr edib.

2052196
Pentaqon Orta Şərqə göndəriləcək 2000 hərbçinin hazırlandığını təsdiqləyib

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) İsrail və Fələstin arasında davam edən qarşıdurmaların 11-ci günündə Orta Şərqə mümkün göndərilmə üçün 2000 hərbçinin yüksək hazırlıq vəziyyətinə gətirilməsini əmr edib.

Pentaqonun verdiyi açıqlamada, ABŞ müdafiə naziri Lloyd Austinin yerləşdirmə əmrinə hazırlıq üçün təxminən 2 min şəxsi və bəzi əsgərləri "yüksək hazırlıq" vəziyyətinə gətirdiyi qeyd edilib.

Açıqlamada hazırda hər hansı bir qoşun yeridilməsi ilə bağlı qərarın verilmədiyi vurğulansa da, Austinin bu mövzuda vəziyyəti qiymətləndirməyə davam edəcəyi, müttəfiqləri və tərəfdaşları ilə sıx əlaqə saxlayacağı bildirilib.

Açıqlamada həmçinin qeyd olunub ki, Austin ABŞ Dəniz Qüvvələrinin Avropa-Afrika/Altıncı Donanma əməliyyat sahəsindəki "USS Gerald R. Ford" komandasının missiyasının uzadılmasını təsdiqləyib.

Qeyd edək ki, ABŞ Müdafiə Nazirliyinin oktyabrın 8-də verdiyi açıqlamada "Həmas"ın başlatdığı hücumlarda İsrailə kömək etməyə hazır olmaq üçün təyyarədaşıyan donanmasının Aralıq dənizinin şərqinə göndərilməsi əmrinin verildiyi bildirilib.

Açıqlamada "USS Gerald R. Ford" təyyarədaşıyan gəmisi və onu müşayiət edən kreyser və hücum gəmilərinin Aralıq dənizinin şərqinə doğru istiqamətləndiyi vurğulanıb.

Bundan əlavə, İsrail ordusu oktyabrın 11-də qabaqcıl döyüş sursatı daşıyan ilk ABŞ təyyarəsinin İsrailə gəldiyini açıqlayıb.

Xatırladaq ki, “Həmas”ın hərbi qanadı Qəssam Briqadaları oktyabrın 7-si gecəsi İsrailə qarşı “Əqsa tufanı” adlı hərtərəfli hücuma keçib. Qəzzadan İsrailə doğru minlərlə raket atılıb, silahlı qruplar bölgədəki yaşayış məntəqələrinə daxil olub. İsrail ordusu da döyüş təyyarələri ilə Qəzza zolağına qarşı “Dəmir qılınclar” əməliyyatına başlayıb.
Artan gərginlikdə hər iki tərəfdən yüzlərlə itki, minlərlə yaralı var.



Әlaqәli Xәbәrlәr