Castin Trüdo İsrail-Fələstin münaqişəsini qiymətləndirib

Kanadanın baş naziri Castin Trüdo İsrailin mühasirəsi altında olan Qəzzaya yardımların çatdırılması üçün humanitar dəhlizin yaradılması ilə bağlı çağırış edib.

2051980
Castin Trüdo İsrail-Fələstin münaqişəsini qiymətləndirib

Kanadanın baş naziri Castin Trüdo İsrailin mühasirəsi altında olan Qəzzaya yardımların çatdırılması üçün humanitar dəhlizin yaradılması ilə bağlı çağırış edib.
CBC News-un məlumatına görə, Castin Trüdo İcmalar Palatasındakı çıxışında İsrail-Fələstin münaqişəsini qiymətləndirib.
Qəzzadakı dəhşətli və getdikcə pisləşən humanitar böhrana görə narahat olduqlarını bildirən Castin Trüdo Qəzzadakı mülki vətəndaşlara humanitar yardımların çatdırılmasının vacibliyini vurğulayıb.

Castin Trüdo  yardımların heç bir maneə olmadan Qəzza zolağına çatdırılması üçün humanitar dəhlizin yaradılması ilə əlaqədar çağırış edib. Castin Trüdo bildirib ki, müharibənin belə qaydaları var və Qəzzada beynəlxalq qanunlara riayət edilməlidir.

Kanada xarici işlər naziri Melanie Coli  Qəzza, İordan çayının qərb sahili və İsraildə böhran yaşanarkən, bölgədəki təhlükəsizlik vəziyyətinin çox dəyişkən olduğunu ifadə edərək Livanda yaşayan Kanada vətəndaşlarına ölkəni tərk etməyi tövsiyə edib.

Xatırladaq ki, HƏMAS-ın hərbi qanadı Qəssam Briqadaları oktyabrın 7-də İsrailə qarşı “Əqsa tufanı” adlı hərtərəfli hücuma keçdiyini açıqlayıb. Qəzzadan İsrailə doğru minlərlə raket atılıb. Silahlı qruplar bölgədəki yaşayış məntəqələrinə daxil olub.
İsrail ordusu da döyüş təyyarələri ilə Qəzza zolağına qarşı ''Dəmir qılınclar'' əməliyyatına başladığını açıqlayıb.
Gərginlik səbəbindən hər iki tərəf də çox sayda itki verib.



Әlaqәli Xәbәrlәr