İsraildən təxliyə işləri davam edir

İsrail-Fələstin münaqişəsi ilə əlaqədar Kolumbiyanın 220, Çilinin isə 83 vətəndaşını İsraildən təxliyə etdiyi bildirilib.

2051335
İsraildən təxliyə işləri davam edir

İsrail-Fələstin münaqişəsi ilə əlaqədar Kolumbiyanın 220, Çilinin isə 83 vətəndaşını İsraildən təxliyə etdiyi bildirilib.

Kolumbiya Xarici İşlər Nazirliyindən verilən açıqlamada 220 Kolumbiya vətəndaşının Hərbi Hava Qüvvələrinə aid iki təyyarə ilə İsraildən paytaxt Boqotaya aparıldığı qeyd edilib.

Çili Xarici İşlər Nazirliyindən verilən açıqlamada isə Çili Hərbi Hava Qüvvələrinə aid bir təyyarənin İsraildən 83 vətəndaşı təxliyə etdiyi məlumatı paylaşılıb.

Peru da İsrail və Fələstin arasında davam edən qarşıdurmalara görə bölgədəki vətəndaşlarının təxliyəsi üçün təşəbbüs qaldırıb.

Bu çərçivədə prezident Dina Boluartenin müşayiəti ilə Peru vətəndaşları "Boeing 737" tipli prezident təyyarəsi ilə paytaxt Limaya aparılıb.

ABŞ da İsraildəki vətəndaşlarını dəniz yolu ilə təxliyə edəcəyini açıqlayıb.

Xatırladaq ki, “Həmas”ın hərbi qanadı Qəssam Briqadaları oktyabrın 7-si gecəsi İsrailə qarşı “Əqsa tufanı” adlı hərtərəfli hücuma keçib. Qəzzadan İsrailə doğru minlərlə raket atılıb, silahlı qruplar bölgədəki yaşayış məntəqələrinə daxil olub. İsrail ordusu da döyüş təyyarələri ilə Qəzza zolağına qarşı “Dəmir qılınclar” əməliyyatına başlayıb.
Artan gərginlikdə hər iki tərəfdən yüzlərlə itki, minlərlə yaralı var.



Әlaqәli Xәbәrlәr