Co Bayden: ''İsrailin Qəzzanı işğal etməsi böyük səhv olardı''

Co Bayden CBS News telekanalına müsahibə verib.

2051140
Co Bayden: ''İsrailin Qəzzanı işğal etməsi böyük səhv olardı''

ABŞ prezidenti Co Bayden İsrailin Qəzzanı işğal etməsinin böyük səhv olacağını bildirib.
Co Bayden CBS News telekanalına müsahibə verib. 
İsrailin Qəzzada "müharibə qaydalarına" əməl edəcəyinə inandığını vurğulayan Co Bayden Qəzzadakı günahsız xalqa ərzaq, su və darmanın çatdırılacağını bildirib.
Jurnalistin ''Hazırda İsrailin Qəzzanı işğal etməsinə dəstək verərdinizmi?  şəklindəki sualını cavablandıran Co Bayden deyib: "Düşünürəm ki, bu, böyük səhv olardı. Məncə, Qəzzada baş verənlər ekstremist HƏMAS-la bağlıdır. Onlar bütün Fələstin xalqını təmsil etmir. İsrailin Qəzzanı işğal etməsi səhv olardı. Amma Qəzzaya daxil olub Hizbullahla Həması məhv etməlidir''.
HƏMAS-ın tamamilə məhv edilməli olduğunu, lakin Fələstin rəhbərliyi və dövləti üçün bir yolun olduğunu ifadə edən Co Bayden deyib: "Bu yol iki dövlətli həll yoludur və ABŞ-ın onilliklər boyu yürütdüyü siyasətin bir parçasıdır. İsrailin yanında 5 milyon fələstinli üçün müstəqil bir dövlət yaradılacaq''.
ABŞ-ın prioritetlərinin təkcə amerikalı girovları xilas etmək olmadığını ifadə edən Co Bayden deyib: "Hazırda ən vacib şey bu vəhşiliyə son qoymaq və məsuliyyət daşıyanları cəzalandırmaqdır".
Co Bayden ABŞ əsgərlərinin Yaxın Şərqdə müharibəyə cəlb olunma ehtimalı ilə bağlı "Bunun lazım olduğunu düşünmürəm" deyib və İsrailə lazım olan hər cür dəstəyi verəcəyinə söz verdiyini xatırladıb.



Әlaqәli Xәbәrlәr