Dünya idman dünyası İsrail-Fələstin münaqişəsinə münasibət bildirir

"Şahidi olduğumuz budur ki, işğal və basqı altında olan bir xalq Qərb dünyasının tam dəstəklədiyi nüvə dövləti tərəfindən məhv edilir"

2051009
Dünya idman dünyası İsrail-Fələstin münaqişəsinə münasibət bildirir
gazze.jpg

 

  Türkiyənin "Qalatasaray" komandasının 24 yaşlı milli futbolçusu Kərəm Aktürkoğlu “İnstagram” hesabında Fələstinə dəstək mesajı yayıb: "Bilirəm ki, səsini çıxarmaqdan çəkinənlər var. Amma mən səssizcə oturmaq və susmaq istəmirəm. Biz İsrailə qarşı mülki insanların itkisi ilə nəticələnən hücumları pisləyə və eyni zamanda illərdir Fələstinə edilən zülmün qarşısında dura bilərik. Səssiz oturub Fələstin xalqının məhvini seyr etmək düzgündürmü?

  İsrail ilə Fələstin arasında baş verənləri tarix kitablarından oxuyarkən hər kəs bir cür anlaya bilər. Məncə, illərdir baş verənlər bir xalqın çarəsiz şəkildə məhv edilməsidir. Hazırda baş verənləri şərh etmək üçün tarixi məlumatlara ehtiyac da yoxdur. Şahidi olduğumuz budur ki, işğal və basqı altında olan bir xalq Qərb dünyasının tam dəstəklədiyi nüvə dövləti tərəfindən məhv edilir. Haqsızlığa qarşı susan dilsiz şeytandır”.

  Qalatasaray azarkeş qrupu "UltrAslan" da Fələstinə sosial media hesablarından “Qüds azad deyilsə, dünya məhbusdur” (KudüsÖzgürDeğilseDünyaTutsaktır) başlığı ilə dəstək mesajları paylaşıb: "Bu gün zalım işğalçı İsrail illərdir blokadada saxladığı xalqa hücum edir, onu məhv etmək istəyir. Dünya da illərdir bu qeyri-mütənasib zülmə səssiz qalır. Unutmayın ki, Qüds azad deyilsə, dünya məhbusdur. Haqsızlıq qarşısında səssiz qalan lal şeytandır”.

  Fələstin xalqına dəstək İngiltərə Premyer Liqa komandalarından olan “Mançester Siti”nin (Manchester City) ispaniyalı məşqçisi Pep Qvardiolanın (Pep Guardiola) qızı Mariyadan da gəlib. Mariya “Eva” adlı istifadəçinin "whatevawears" adlı “İnstagram” hesabından sitatlarla Fələstin xalqına dəstək məktubunu paylaşıb: “Bir nəfərin onlara "dur" deməsi üçün ölənlərin sayı nə qədər olmalıdır? 10 min, 100 min və ya bir milyon? Daha neçə fələstinlinin ölməsi lazımdır?"

  Xatırladaq ki, “Həmas”ın hərbi qanadı Qəssam Briqadaları oktyabrın 7-də İsrailə qarşı “Əqsa tufanı” əməliyyatına başlayıb. Qəzzadan İsrailə doğru minlərlə raket atılıb, silahlı qruplar bölgədəki yaşayış məntəqələrinə daxil olub. İsrail ordusu da döyüş təyyarələri ilə Qəzza zolağına qarşı “Dəmir qılınclar” əməliyyatına başlayıb. Artan gərginlikdə hər iki tərəfdən yüzlərlə ölü və minlərlə yaralı var.



Әlaqәli Xәbәrlәr