Fransa polisi nümayişçilərə sərt müdaxilə edib

Fransanın paytaxtı Parisdə maaşların artırılması tələbi ilə keçirilən nümayiş zamanı polis etirazçılara sərt müdaxilə edib.

2050814
Fransa polisi nümayişçilərə sərt müdaxilə edib

Fransanın paytaxtı Parisdə maaşların artırılması tələbi ilə keçirilən nümayiş zamanı polis etirazçılara sərt müdaxilə edib.
Həmkarlar ittifaqlarının çağırışı ilə müxtəlif peşə qrupları maaşların artırılması, qadın-kişi bərabərliyi tələbi ilə tətil elan ediblər.
Bu çərçivədə Paris, Marsel və Lion şəhərləri də daxil olmaqla, ölkənin təxminən 200 bölgəsində nümayişlər keçirilib.
Nümayişə İtaliya meydanından başlayan etirazçılar Vauban meydanına doğru yürüş ediblər. Aksiyaya sərt müdaxilə edən polislər bəzi nümayişçiləri saxlayıb.
Liondakı nümayişdə etirazçılar Fələstin bayraqları və "Qəzza müqavimət göstərir" şüarının əks olunduğu plakatlar qaldırıblar. Yerli mətbuat orqanları aksiyalara 200 min adamın qatıldığını qeyd edib.



Әlaqәli Xәbәrlәr