Antonio Quterreş həyatını itirən jurnalistlərin ailələrinə başsağlığı verib

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş hava zərbələri nəticəsində həyatını itirən jurnalistlərlə bağlı başsağlığı verib.

2050744
Antonio Quterreş həyatını itirən jurnalistlərin ailələrinə başsağlığı verib

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş hava zərbələri nəticəsində həyatını itirən jurnalistlərlə bağlı başsağlığı verib.
BMT-nin baş katibi Antonio Quterreş BMT Təhlükəsizlik Şurasında Qəzza ilə bağlı keçirilən qapalı sessiyadan sonra çıxış edib.
Livan- İsrail sərhədində 1 jurnalistin ölümü, 5 jurnalistin yaralanması ilə nəticələnən hücumla bağlı Quterreş deyib: "Bildirmək istərdim ki, bu, xüsusilə Livanda münaqişənin yayılma riskinin göstəricisidir".
Quterreş ən çox jurnalistin ötən il həyatını itirdiyini qeyd edib.
“Jurnalistlər bunun bədəlini canları ilə ödəyirlər” deyən Quterreş jurnalistlərin gördüyü işlərin həqiqəti əks etdirdiyini bildirib.
"Həyatını itirən jurnalistlərin ailələrinə dərin hüznlə başsağlığı verirəm", - Quterreş bildirib.
Qeyd edək ki,İsrail qüvvələri  Livan-İsrail sərhədindəki Alma Şaab qəsəbəsində jurnalistləri hədəf alıb, nəticədə ''Reuters'' xəbər agentliyinin operatoru İssam Abdullah həyatını itirib, 5 media mənsubu yaralanıb.
''Əl-Cəzirə'' və Fransanın AFP agentliyi də hücumda müxbirlərinin yaralandığını açıqlayıb.
İsrailin Qəzzaya endirdiyi hava hücumlarında Anadolu Agentliyinin (AA) fotomüxbiri Əli Cadallahın 5 qohumu həyatını itirib.



Әlaqәli Xәbәrlәr