İsrail ordusu Qəzzadakı bütün mülki vətəndaşları evlərini tərk etməyə çağırıb

İsrail ordusu yaxın günlərdə Qəzza şəhərinə qarşı əməliyyata başlayacağını açıqlayıb və bölgə xalqını cənuba doğru getməyə çağırıb.

2050183

Ordudan verilən açıqlamada, İsrailin dəmir hasar bölgələrinə yaxınlaşmamasının lazım olduğu bildirilib və əlavə edilib: "Qəzza şəhəri hərbi əməliyyatların aparıldığı bir bölgədir. Bölgə sakinləri ikinci xəbədarlığa qədər Qəzzaya qayıda bilməyəcəklər".

Xatırladaq ki, “Həmas”ın hərbi qanadı Qəssam Briqadaları oktyabrın 7-si gecəsi İsrailə qarşı “Əqsa tufanı” adlı hərtərəfli hücuma keçib. Qəzzadan İsrailə doğru minlərlə raket atılıb, silahlı qruplar bölgədəki yaşayış məntəqələrinə daxil olub. İsrail ordusu da döyüş təyyarələri ilə Qəzza zolağına qarşı “Dəmir qılınclar” əməliyyatına başlayıb.
Artan gərginlikdə hər iki tərəfdən yüzlərlə itki, minlərlə yaralı var.

Әlaqәli Xәbәrlәr