Qəzzaya təşkil edilən hücumlarda həyatını itirənlərin sayı açıqlandı

Qəzza Səhiyyə Nazirinin müavini Yusuf Eburriş deyib: "Həyatını itirənlərin sayının 1203 nəfərə çatıb, yaralananlar isə təxminən 5 min 700 nəfəri keçib''.

2049866
Qəzzaya təşkil edilən hücumlarda həyatını itirənlərin sayı açıqlandı

İsrailin Qəzzaya təşkil etdiyi hücumlarda həyatını itirənlərin sayı 1203 nəfərə çatıb.
Qəzza Səhiyyə Nazirinin müavini Yusuf Eburriş deyib: "Həyatını itirənlərin sayının 1203 nəfərə çatıb, yaralananlar isə təxminən 5 min 700 nəfəri keçib''.
Eburriş qeyd edib ki, ölən və yaralananların əksəriyyəti uşaq, qadın və qocadır.
İsrailin Səhiyyə naziri Moşe Arbel açıqlama verərək, İsrailə hücum edərkən əsir düşən yaralı fələstinlilərin müalicə olunmayacağını bildirib.

“Yedioth Aharonoth” qəzetinin məlumatına görə, səhiyyə naziri Arbel dünən baş nazir Benyamin Netanyahuya yazdığı məktubda hücumlarda yaralanan Həmas üzvlərinin dövlət xəstəxanalarında müalicəsinin dayandırılmasını əmr etdiyini açıqlayıb.

Arbel məktubunda “Səhiyyə sistemi bu çətin dövrlərdə İsrail əsgərlərinin müalicəsinə və gələcəklərə hazır olmağa diqqət etməlidir” deyən Arbel, rəhbərlik etdiyi ictimai səhiyyə sisteminin Həmas üzvlərini müalicə etməyəcəyini açıqladı.

İsrailin KAN telekanalı HƏMAS-ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadalarının mühasirə altındakı Qəzza zolağından İsrailə qarşı başlatdığı "Əqsa tufanı" hücumunda ölənlərin sayının 1300-ə yüksəldiyini bildirib.
Dövlət televiziyası hücumlarda yaralanan israillilərin sayını 3300, onlardan 350-nin vəziyyətinin ağır olduğunu açıqlayıb.
İsrail ordusundan verilən açıqlamada oktyabrın 7-dən bu yana öldürülən əsgərlərin sayının 220 olduğu bildirilib.
Açıqlamada öldürülən daha 31 əsgərin şəxsiyyətinin açıqlanmasına icazə verildiyi və ailələrinin məlumatlandırıldığı qeyd olunub.
Xatırladaq ki, HƏMAS-ın hərbi qanadı Qəssam Briqadaları şənbə günü İsrailə qarşı “Əqsa tufanı” adlı hərtərəfli hücuma keçdiyini açıqlayıb. Qəzzadan İsrailə doğru minlərlə raket atılıb. Silahlı qruplar bölgədəki yaşayış məntəqələrinə daxil olub.
İsrail ordusu da döyüş təyyarələri ilə Qəzza zolağına qarşı ''Dəmir qılınclar'' əməliyyatına başladığını açıqlayıb.
Gərginlik səbəbindən hər iki tərəf də çox sayda itki verib.


Etiketlәr: #hücum , #İsrail , #Qəzza

Әlaqәli Xәbәrlәr