Co Bayden və Məhəmməd bin Zayed Əl Nəhyan İsrail-Fələstin münaqişəsini müzakirə ediblər

ABŞ prezidenti Co Bayden Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) prezidenti Məhəmməd bin Zayed Əl Nəhyan ilə İsrail-Fələstin münaqişəsi və humanitar yardımı müzakirə edib.

2049703

Ağ Evdən verilən bəyanatda  Baydenin BƏƏ prezidenti Əl Nahyanla telefon əlaqəsi saxladığı bildirilib.
Bəyanatda liderlərin “İsrailə qarşı terror hücumları”nı müzakirə etdikləri qeyd edilib.
“Bayden HƏMAS terrorunu pislədiyini və mövcud vəziyyətdən sui-istifadə etməyə cəhd edə biləcək hər kəsə xəbərdarlıq etdiyini vurğulayıb”,-deyə bəyanatda qeyd olunub.
Bəyanatda liderlərin həmçinin humanitar yardıma ehtiyacı olanlara yardımın çatmasının vacibliyinə də diqqət çəkdiyi bildirilib.
Co Bayden və Məhəmməd bin Zayed Əl Nahyanın iki ölkə arasındakı əlaqələri müzakirə etdiyi də bildirilib.

Әlaqәli Xәbәrlәr