Zelenski Brüsselə qəfil səfər edib

Volodimir Zelenski qəfil səfərlə NATO Müdafiə Nazirləri Toplantısının keçirildiyi Belçikanın paytaxtı Brüsseldəki NATO qərargahına gedib.

2049437
Zelenski Brüsselə qəfil səfər edib

Ukrayna prezidenti Volodimir Zelenski qəfil səfərlə NATO Müdafiə Nazirləri Toplantısının keçirildiyi Belçikanın paytaxtı Brüsseldəki NATO qərargahına gedib.
2022-ci ilin fevralında Rusiya ilə ölkəsi arasında müharibə başlayandan sonra ilk dəfə NATO toplantısına gedən Zelenskini qərargahın girişində NATO-nun Baş katibi Yens Stoltenberq qarşılayıb.

NATO Müdafiə Nazirləri Toplantısı öncəsi jurnalistlərə açıqlama verən Zelenski qarşıdan gələn qışın ölkəsi üçün ən böyük sınaqlardan biri olacağını vurğulayıb.

Zelenski NATO ölkələrinin müdafiə nazirləri ilə Ukraynanın prioritetlərini müzakirə edəcəklərini bildirib. Onların prioritetlərinin hava hücumundan müdafiə sistemi olduğunu bildirən Zelenski deyib:

“Biz enerji şəbəkəsini və taxıl tranzit marşrutlarını qorumaq üçün ərazimizin konkret coğrafi nöqtələrində hava hücumundan müdafiə sistemlərini yerləşdirməliyik”. 

Y.Stoltenberq isə Ukraynanı Rusiyaya qarşı müharibəsində dəstəkləməyə davam edəcəklərini bildirib.

Stoltenberq Ukraynaya hava hücumundan müdafiə, artilleriya sistemləri və sursat dəstəyinə ehtiyac olduğunu vurğulayıb və müttəfiqlərdən yeni dəstək bəyanatları gözlədiklərini qeyd edib.



Әlaqәli Xәbәrlәr