"Həmas" Ərəb Liqasını Fələstin xalqının hüquqlarını dəstəkləməyə çağırıb

"Həmas"ın siyasi bürosunun sədri İsmayıl Haniyə ​​Ərəb Liqası və ərəb ölkələrinin liderlərinə ünvanladığı mesajda “Fələstin xalqının hüquqlarını dəstəkləməyə” çağırıb.

2049273
"Həmas" Ərəb Liqasını Fələstin xalqının hüquqlarını dəstəkləməyə çağırıb

"Həmas"ın siyasi bürosunun sədri İsmayıl Haniyə ​​Ərəb Liqası və ərəb ölkələrinin liderlərinə ünvanladığı mesajda “Fələstin xalqının hüquqlarını dəstəkləməyə” çağırıb.

"Həmas"ın verdiyi bəyanata görə, Haniyə Ərəb Liqasının baş katibi Əhməd Əbu Qaytə və ərəb ölkələrinin liderlərinə mesaj ünvanlayıb.

Mesajda ​​deyilib: “Biz ərəb ölkələrimizi xalqımızın işğala qarşı müqavimət hüququnu, azadlıq və müstəqillik hüququnu qoruyan qərarlar qəbul etməyə və Qəzza zolağındakı xalqımıza dəstək üçün vəsait ayırmağa çağırırıq".
"1948-ci ildən bəri sionist işğalçı liderlərin ciddi pozuntuları və hücumları ilə üzləşdiklərini” qeyd edən Haniye İsrailin didərgin salma, müqəddəs yerlərə hücum və qətllər kimi hərəkətlərini xatırladıb.

Haniyə bildirib ki, "Həmas" dəfələrlə İsrail işğalının qarşısını almağa çağırıb:

“"Həmas" bütün tərəfləri beynəlxalq hüququn bütün qaydalarını tapdalayan bu pozuntuları dayandırmaq üçün İsrailə təcili təzyiq göstərməyə çağırıb”.

Ərəb və müsəlman ölkələrinin İsrailin hücumlarına qarşı Fələstinin yanında olmasını istəyən Haniyə Fələstin xalqına dəstək və həmrəylik üçün təcili hərəkətə keçməyə çağırıb.

"(İsrail) Ordusunun hərbi qarşıdurmada uğursuzluğa düçar olması və müqavimət hücumları qarşısında süqut etməsindən sonra düşmən ən dəhşətli qırğınları törətməkdə davam edir, günahsız insanların evlərini, ibadət yerlərini, uşaqları, qadınları, qocaları qətlə yetirir", -deyə o qeyd edib.

Xatırladaq ki, “Həmas”ın hərbi qanadı Qəssam Briqadaları oktyabrın 7-si gecəsi İsrailə qarşı “Əqsa tufanı” adlı hərtərəfli hücuma keçib. Qəzzadan İsrailə doğru minlərlə raket atılıb, silahlı qruplar bölgədəki yaşayış məntəqələrinə daxil olub. İsrail ordusu da döyüş təyyarələri ilə Qəzza zolağına qarşı “Dəmir qılınclar” əməliyyatına başlayıb.
Artan gərginlikdə hər iki tərəfdən yüzlərlə itki, minlərlə yaralı var.



Әlaqәli Xәbәrlәr