Mahmud Abbas və Antonio Quterreş arasında telefon danışığı olub

Fələstin prezidenti Mahmud Abbas İsrailin xüsusilə Qəzza zolağına hücumlarına müdaxilə etməsi ilə əlaqədar Birləşmiş Millətlər Təşkilatına çağırış edib.

2048704
Mahmud Abbas və Antonio Quterreş arasında telefon danışığı olub

Fələstin prezidenti Mahmud Abbas İsrailin xüsusilə Qəzza zolağına hücumlarına müdaxilə etməsi ilə əlaqədar Birləşmiş Millətlər Təşkilatına çağırış edib.

Fələstinin rəsmi WAFA xəbər agentliyinin yaydığı məlumata görə, Mahmud  Abbas BMT-nin baş katibi Antonio Quterreşlə telefon əlaqəsi saxlayıb.

Qəzza zolağındakı Fələstin xalqına humanitar və tibbi yardımın göstərilməsinin vacibliyini vurğulayan Mahmud Abbas bildirib ki, BMT Qəzza zolağında humanitar fəlakətin qarşısını almaq üçün müdaxilə etməli və Fələstin xalqının beynəlxalq müdafiəsini təmin etmək üçün beynəlxalq səviyyədə qanuniləşdirilmiş vəzifələri yerinə yetirməlidir.

Mahmud Abbas bölgədəki gərginliyə son qoymağın yeganə yolunun İsrailin paytaxtı Qüds olan Fələstin Dövlətinin ərazisinin işğalına son qoyması olduğunu bildirib.

Antonio Quterreş  isə öz növbəsində bildirib ki, BMT Qəzza əhalisinə təcili humanitar yardımın çatdırılması və davam edən gərginliyin azaldılması məqsədi ilə bütün müvafiq beynəlxalq tərəflərlə əlaqə yaratmaq üçün səy göstərir.
Fələstin prezidenti həmçinin Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman, İordaniya kralı II Abdullah, Misir prezidenti Əbdül Fəttah əs-Sisi və Qətər əmiri Şeyx Təmim bin Hamed Əl Sani ilə İsrailin hücumlarının dayandırılması imkanları ilə bağlı görüşlər keçirib.
Xatırladaq ki, HƏMAS-ın hərbi qanadı Qəssam Briqadaları şənbə günü İsrailə qarşı “Əqsa tufanı” adlı hərtərəfli hücuma keçdiyini açıqlayıb. Qəzzadan İsrailə doğru minlərlə raket atılıb. Silahlı qruplar bölgədəki yaşayış məntəqələrinə daxil olub.
İsrail ordusu da döyüş təyyarələri ilə Qəzza zolağına qarşı ''Dəmir qılınclar'' əməliyyatına başladığını açıqlayıb.
Gərginlik səbəbindən hər iki tərəf də çox sayda itki verib.



Әlaqәli Xәbәrlәr