Fələstin rəhbərliyi təcili ərzaq və tibbi ləvazimat tələb edib

İsrail blokadada olan Qəzza zolağına elektrik və suyu kəsdikdən sonra Fələstin rəhbərliyi təcili ərzaq və tibbi ləvazimat tələb edib.

2048918
Fələstin rəhbərliyi təcili ərzaq və tibbi ləvazimat tələb edib

İsrail blokadada olan Qəzza zolağına elektrik və suyu kəsdikdən sonra Fələstin rəhbərliyi təcili ərzaq və tibbi ləvazimat tələb edib.

Fələstin Azadlıq Təşkilatının (FAT) İcraiyyə Komitəsinin baş katibi Hüseyn əl-Şeyx verdiyi yazılı açıqlamada İsrailin oktyabrın 7-dən etibarən bütün sərhəd-keçid məntəqələrini bağladığını, Fələstin rəhbərliyinin Qəzza zolağına ərzaq və tibbi ləvazimatların dərhal daxil olmasını tələb etdiyini bildirib. 

Qeyd edək ki, İsrailin müdafiə naziri Yoav Qallant Qəzza zolağına tam blokada tətbiq edəcəklərini, bölgəyə elektrik, qida və yanacaq verilməyəcəyini bildirib.

İsrailin enerji naziri Yisrael Katz da dünən təxminən 2 milyon fələstinlinin yaşadığı Qəzza zolağına su axınının kəsildiyini açıqlayıb.

Xatırladaq ki, “Həmas”ın hərbi qanadı Qəssam Briqadaları oktyabrın 7-si gecəsi İsrailə qarşı “Əqsa tufanı” adlı hərtərəfli hücuma keçib. Qəzzadan İsrailə doğru minlərlə raket atılıb, silahlı qruplar bölgədəki yaşayış məntəqələrinə daxil olub. İsrail ordusu da döyüş təyyarələri ilə Qəzza zolağına qarşı “Dəmir qılınclar” əməliyyatına başlayıb.
Artan gərginlikdə hər iki tərəfdən yüzlərlə itki, minlərlə yaralı var.



Әlaqәli Xәbәrlәr