Fələstin Ərəb Liqasını fövqəladə toplantıya çağırdı

Fələstin Xarici İşlər Nazirliyindən verilən açıqlamada yazılır ...

2047782
Fələstin Ərəb Liqasını fövqəladə toplantıya çağırdı

 

  Fələstin İsrailin Qəzza zolağına hücumlarını və artan gərginliyi müzakirə etmək üçün Ərəb Liqasını nazirlər səviyyəsində fövqəladə toplantıya çağırdı.

  Fələstin Xarici İşlər Nazirliyindən verilən açıqlamada yazılır: “Fələstinin daimi nümayəndəsi Ərəb Liqasını təcili iclas etməyə çağırır. Görüş çağırışı İsrailin Fələstin xalqına qarşı zorakılıqlarını artırması səbəbindən edilir”.

  Xatırladaq ki, “Həmas”ın hərbi qanadı Qəssam Briqadaları 8 oktyabr səhəri İsrailə qarşı “Əqsa tufanı” adlı hərtərəfli hücuma keçdiyini açıqlayıb. Qəzzadan İsrailə doğru minlərlə raket atılıb, silahlı qruplar bölgədəki yaşayış məntəqələrinə daxil olub. İsrail ordusu da onlarla döyüş təyyarəsi ilə Qəzza zolağına hücum edib.

  Qəzzada olan Fələstin Səhiyyə Nazirliyi İsrailin Qəzzaya hücumları nəticəsində 256 nəfərin həyatını itirdiyini, 1788 adamın isə yaralandığını bildirib.

  İsrail mətbuatı da hücumlarda 300 israillinin öldüyünü, 1864 nəfərin yaralandığını açıqlayıb.



Әlaqәli Xәbәrlәr