Hindistanda daşqınlar nəticəsində həyatını itirənlərin sayı açıqlandı

Hindistanın şimal-şərqindəki əyalətdə baş verən daşqınlar nəticəsində həyatını itirənlərin sayı 53 nəfərə çatıb.

2047580
Hindistanda daşqınlar nəticəsində həyatını itirənlərin sayı açıqlandı

Hindistanın şimal-şərqindəki əyalətdə baş verən daşqınlar nəticəsində həyatını itirənlərin sayı 53 nəfərə çatıb.

Bu barədə Hindistanın NDTV telekanalının yaydığı məlumatda bildirilib. 
Səlahiyyətlilər  daşqınlar nəticəsində 25 min adamın zərər gördüyünü açıqlayıb.
Həyatını itirənlər arasında 7 əsgərin də olduğunu bildirən səlahiyyətlilər, axtarış-xilasetmə işləri çərçivəsində 2400-dən çox adamın xilas edildiyini vurğulayıb.
Səlahiyyətlilər həmçinin daşqın nəticəsində təxminən 1200 evə ziyan dəydiyini, 140-dən çox adamın tapılması istiqamətində axtarış-xilasetmə əməliyyatlarının davam etdirildiyini qeyd edib.


Etiketlәr: #daşqınlar , #Hindistan

Әlaqәli Xәbәrlәr