Mişel Qarabağla bağlı sualı cavablandıra bilmədi

Mişel Azərbaycanın İctimai televiziyanın müxbirinin “30 ildir niyə susurdunuz?” sualına cavab verməyib.

2047122
Mişel Qarabağla bağlı sualı cavablandıra bilmədi

Azərbaycanlı jurnalist Avropa İttifaqı (Aİ) Şurasının sədri Şarl Mişeldən Ermənistanın Qarabağı işğal etməsindən və 1 milyon azərbaycanlının didərgin düşməsindən sonra Aİ-nin niyə 30 il səssiz qaldığını və qərəzsiz vasitəçi olub-olmadığını soruşub.

Mişel Azərbaycanın İctimai televiziyasının müxbirinin “30 ildir niyə susurdunuz?” sualına cavab verməyib.

İspaniyanın Qranada şəhərində jurnalistlərin suallarını cavablandıran Mişel sualın ilk hissəsinə cavab verməsə də, ikinci hissəsi ilə bağlı təşkilatın qərəzsiz vasitəçi olduğunu bildirib.

Aİ-nin məqsədinin regionda rifah, sabitlik, təhlükəsizlik və əlaqəni təmin etmək olduğunu qeyd edən Mişel təşkilatın Azərbaycan və Ermənistan arasında vasitəçiliyə 3 il əvvəl başladığını bildirib. Mişel xəritələr və məhbusların mübadiləsi kimi konkret məsələlərdə irəliləyişə nail olunduğunu, sərhədlərin müəyyənləşdirilməsi üçün yaradılmış birgə komissiyaların olduğunu vurğulayıb.

"Biz çox səmimiyik. Çox dürüstük. Biz də başa düşürük ki, daha çox diplomatik səylərə ehtiyac var. Ona görə də bu gün Ermənistan baş naziri ilə görüşdük", - o qeyd edib.



Әlaqәli Xәbәrlәr