İsrail qüvvәlәri fәlәstinlilәrә sәrt müdaxilә edib

İsrail ordusunun işğal altındakı İordan çayının qərb sahilində həyata keçirdiyi basqınlar zamanı 2 fələstinli həyatını itirib, 3-ü isə yaralanıb.

2046659
İsrail qüvvәlәri fәlәstinlilәrә sәrt müdaxilә edib

İsrail ordusunun işğal altındakı İordan çayının qərb sahilində həyata keçirdiyi basqınlar zamanı 2 fələstinli həyatını itirib, 3-ü isə yaralanıb.

İsrail əsgərləri İordan çayının qərb sahilinin şimalındakı Tulkerem şəhəri yaxınlığında iki fələstinliyə atəş açıb.

Məlumata əsasən, İsrail əsgərləri fələstinlilərə ilkin tibbi yardım göstərilməsinə icazə verməyib.

Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrail əsgərlərinin hücumuna məruz qalan 23 yaşlı Abdurrahman Faris Muhammed Ata və 27 yaşlı Huzeyfe Admam Muhammed Faris adlı şəxslərin həyatını itirdiyi bildirilib.

Digər tərəfdən İsrail ordusunun Tulkərəmdəki qaçqın düşərgəsinə basqın etdiyi bildirilib.

Basqına reaksiya verən yerli fələstinlilərlə İsrail əsgərləri arasında toqquşma yaşanıb. Fələstinli gənclər daş və molotof kokteylləri ataraq hərbi maşınların bölgəyə daxil olmasının qarşısını almaq üçün yolları bağlamağa çalışıblar.

İsrail əsgərləri fələstinlilərə həqiqi ve rizin güllələrlə, həmçinin qaz bombaları ilə müdaxilə edib.

Fələstin Qızıl Aypara Cəmiyyəti Nablusun şərqində baş verən toqquşmalarda 3 fələstinlinin  yaralandığını bildirib.



Әlaqәli Xәbәrlәr