Hindistanda daşqınlar nәticәsindә 120 nәfәr itkin düşüb

''Hindustan Times''ın məlumatına görə, әyalәtin Fövqəladə Hallar İdarəsinin baş direktoru Prabhakar Rai qeyd edib ki, yerli vaxtla saat 22:00 radələrində Laçen bölgəsində suyun səviyyəsi qəfil qalxıb və daşqın baş verib.

2046414
Hindistanda daşqınlar nәticәsindә 120 nәfәr itkin düşüb

Hindistanın şimal-şərqindəki əyalətdəbaş verən daşqınlar nəticəsində ilkin məlumata görə, 14 nəfər həyatını itirib, 23-ü əsgər olmaqla 120 nəfər itkin düşüb.

''Hindustan Times''ın məlumatına görə, әyalәtin Fövqəladə Hallar İdarəsinin baş direktoru Prabhakar Rai qeyd edib ki, yerli vaxtla saat 22:00 radələrində Laçen bölgəsində suyun səviyyəsi qəfil qalxıb və daşqın baş verib.

Ştat rəsmiləri daşqınlar nəticəsində 14 nəfərin həyatını itirdiyini, 23-ü əsgər olmaqla 120 nəfərin itkin düşdüyünü açıqlayıb.

Ordunun yaydığı bəyanatda bölgədəki hərbi qurumda olan 23 hərbçinin daşqınlar nəticəsində itkin düşdüyü bildirilib.

Digər tərəfdən Banqladeşin bəzi bölgələrində daşqın barədə  xəbərdarlıq edilib.

Daşqının "buzlaq gölün daşması" səbəbindən baş verdiyini düşünən səlahiyyətlilər məsələni araşdırır.

Qərbi Benqaliyanın Baş naziri Mamata Banerjee daşqınlarla bağlı verdiyi açıqlamada 10 min insanın bölgədən təxliyə edildiyini və əyalətin 9 fərqli bölgəsində qurulan düşərgələrə yerləşdirildiyini bildirib.



Әlaqәli Xәbәrlәr