Suella Braverman ''kütləvi köç dalğası'' ilə əlaqədar xəbərdarlıq edib

Böyük Britaniyanın daxili işlər naziri Suella Braverman hakim Mühafizəkarlar Partiyasının Mançesterdə keçirilən illik konfransında çıxış edib.

2045839

Ölkəsinin və dünyanın qarşıdakı illərdə  “kütləvi köç dalğası” ilə üzləşəcəyini irəli sürən Braverman ölkəsinin sərhədlərini qorumaq üçün əlindən gələni edəcəyinin vurğulayıb.

İngiltərənin keçmiş baş naziri Toni Blair hökumətinin qəbul etdiyi İnsan Haqları Qanununa toxunan Braverman, bu qanunun cinayətkarlara və qeyri-qanuni qaçqınlara üstünlük verdiyini bildirib.

Nazir Braverman deyib: "Ölkəmiz başqa bir dövr üçün nəzərdə tutulmuş beynəlxalq qaydalardan ibarət sıx şəbəkəyə qarışıb və yanlış adlandırılmış İnsan Hüquqları Aktını qəbul etməklə bu qaydaların təsirini gücləndirən Əmək Partiyasıdır." 

Braverman İnsan Hüquqları Aktının adının "Cinayət Hüquqları Aktı" olaraq dəyişdirilməsinin vacibliyini vurğulayıb.

Әlaqәli Xәbәrlәr