Nigeriyada neft zavodunda partlayış olub

Nigeriyanın neft bölgəsi olan Niger Deltasındakı Rivers əyalətində qeyri-qanuni neft emalı zavodunda baş verən partlayışda 37 nəfər həyatını itirib.

2045914
Nigeriyada neft zavodunda partlayış olub

Nigeriyanın neft bölgəsi olan Niger Deltasındakı Rivers əyalətində qeyri-qanuni neft emalı zavodunda baş verən partlayışda 37 nəfər həyatını itirib.

"Arise" televiziyasının məlumatına görə, Rivers əyalətinin Emohua bölgəsində qeyri-qanuni neft emalı zavodunda xam neft emal edilərkən partlayış baş verib.

Partlayışda biri hamilə qadın olmaqla 37 nəfər həyatını itirib, çoxlu sayda insan yaralanıb.

Səlahiyyətlilər bölgəyə yanğınsöndürmə briqadalarının göndərildiyini və hadisə ilə bağlı araşdırmalara başlanıldığını bildirib.

Nigeriyada yüzlərlə qeyri-qanuni neft emalı zavodu fəaliyyət göstərir.

Xam neft hasilatında dünyanın ilk 15 ölkəsi arasında yer alan Nigeriya dünyada ən çox neft ehtiyatına malik 8-ci, neft ixracatında isə 6-cı ölkədir.



Әlaqәli Xәbәrlәr